1052) Şəkərli diabet xəstəliyinə xas olmayan əlamət hansıdır?
A) Polifagiya
B) Sidik ifrazının tezləşməsi
C) Uşağın kövrək, ağlağan olması
D) Arıqlama
E) Yanğı hissi
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
1053) Şəkərli diabet xəstəliyinə xas olmayan əlamət hansıdır?
A) Yanğı hissi
B) Ekzoftalm
C) Dəridə qaşınma yerləri
D) Dərinin quruluğu
E) Poliuriya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
1054) Adrenogenital sindromun duz itirmə forması üçün hansı əlamət səciyyəvi deyil?
A) Hiponatremiya
B) Virilizm
C) EKQ-də T dişciyinin itiləşmiş yüksəkliyi
D) Hiperkalemiya
E) Hipernatremiya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
1055) “Diabetik ketoasidotik koma” diaqnozunu təsdiqləyən əlamətlərə aid olmayan hansıdır?
A) Hiperkaliyemiya
B) Metabolik asidoz
C) Dərinin quruluğu
D) Kussmaul tipli tənəffüs
E) Huşsuz vəziyyət
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
1056) Xroniki böyrəküstü vəz çatışmazlığında (Addison xəstəliyi) nə müşahidə edilir?
A) Dəridə hiperpiqmentasiya
B) Əllərin tremoru
C) Dərinin sarılığı
D) İştahanın artması
E) Qıcolmalar
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
1057) 3 aylıq uşağın dayaq reaksiyalarının və avtomatik yerişinin sönməsi nəyi bildirir?
A) Davamlı serebral defekti
B) Proqradient xəstəliklərini
C) Onurğa beyninin zədələnməsini
D) Hərəki inkişafın düzgünlüyünü
E) Raxiti
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
Dostları ilə paylaş: |