1066) Sadə ixtiozun klinik əlamətlərinə aid olmayan hansıdır?
A) Saçın tökülməsi
B) Dırnaqların distrofiyası
C) Pustulyoz elementlər
D) Dərinin quruluğu
E) İri və orta lövhəli qabıqlanma
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
1067) Atopik dermatitin müalicəsinə aid olmayan hansıdır?
A) Antihistamin preparatlar
B) Anafilaksiya mediatorlarının blokatorları
C) Fermentlər
D) Hipoallergen pəhriz
E) Antibakterial preparatlar
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
1068) Məhdud sklerodermiyanın əsas klinik əlamətlərinə aid olmayan hansıdır?
A) Zədələnmə nahiyasində bərkimə və indurasiyalar
B) Dəri distrofiyası
C) Tünd qırmızı-bənövşəyi rəngdə olan ödemli ləkə
D) Qaşınma
E) Dərinin atrofiyası
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
1069) Uşaqlarda sifilis zamanı nadir halda zədələnən orqan hansıdır?
A) Ürək
B) Limfa düyünləri
C) Qara ciyər
D) Böyrəklər
E) Ağ ciyərlər
Ədəbiyyat: Суворова К.Н. Детская дерматовенерология. Казань. 1996
Dostları ilə paylaş: |