1062) Əyripəncəliyi hansı yaşda müalicə etmək mütləq vacibdir?
A) 6 ayından
B) 1 yaşından
C) 3 yaşından
D) 5 yaşından
E) Həyatın ilk günlərindən
Ədəbiyyat: N.V.Kornilov, E.T.Qryaznuxin, V.İ.Ostaşko. “Ortopediya” 2001.-ci il
1063) Hansı simptom uşağın təcili cərrahi stasionara yerləşdirilməsini tələb edir?
A) Bayılma
B) Bədən hərarəti 38°C
C) Təkrarlanan qusma
D) Tezləşən duru nəcis
E) Qarın əzələlərinin gərginliyi
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
1064) Aşağıdakılardan hansılarda adətən konyuktivit müşahidə olunmur?
A) Malyariya
B) Qızılca
C) Yersinioz
D) Qurdeşənəyi
E) Adenovirus infeksiyaları
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология». 2002
1065) Hansı preparatı uzun müddət təyin etdikdə katarakta baş verə bilər?
A) Prestarium
B) İbuprofen
C) Metipred
D) Stuqeron
E) Selanid
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология» 2002.
Dostları ilə paylaş: |