787) Doğum evinin fizioloji şöbəsində bir yenidoğulmuş çarpayısı üçün sanitar norma nə qədərdir?
A) 3 kv.m
B) 4 kv.m
C) 5 kv.m
D) 6 kv.m
E) 2 kv.m
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
788) Aşağıdakılardan hansı yenidoğulmuşda mekoniumun ləngiməsinə səbəb deyil?
A) Bağırsaq keçməməzliyi
B) Eksudativ enteropatiya
C) Bağırsaq atreziyası
D) Mədəaltı vəzin kistoz fibrozu
E) Hişbrunq xəstəliyi
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
789) Hansı qrup yenidoğulmuşlarda subdural qansızmalara daha çox təsadüf olunur?
A) Hestasiya yaşından yüngül yarımçıq doğulmuşlarda
B) Hestasiya yaşına görə ağır çəkili körpələrdə
C) Yüngül çəkili gecikmiş doğulmuşlarda
D) Ekstremal az çəkili yenidoğulmuşlarda
E) Hestasiya yaşına uyğun yarımçıq doğulmuşlarda
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» M. 2001г.
790) Yenidoğulmuş uşağın hərəkətləri necə olur?
A) xaotik
B) məqsədyönlü
C) ləng
D) qeyri-adekvat
E) soxulcanabənzər
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
791) Hansı hallarda BGJ peyvəndi əks göstəriş deyil?
A) Ailənin digər uşaqlarında aktiv vərəmin olması zamanı
B) Anadangəlmə fermentopatiyalar zamanı
C) Hipotireoz
D) İmundefisit vəziyyətlər zamanı
E) Bruton aqammoqlobulinemiyası zamanı
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
792) Yenidoğulmuşlarda trombositopeniya nə vaxt müşahidə olunmur?
A) Anadangəlmə sitomeqaliyada
B) Daun sindromunda
C) Anadangəlmə herpetik infeksiyada
D) Anadangəlmə sifilisdə
E) Anadangəlmə məxmərəkdə
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
793) Bilirubin ensefalopatiyasının inkişafına şərait yaratmır:
A) yarımçıq doğulma
B) asidoz
C) hipoqlikemiya
D) taxikardiya
E) hipoksiya
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
794) Embriopatiyanın klinik əlamətinə nə aiddir?
A) anadangəlmə hipotrofiya
B) hipertrofiya
C) üç kameralı ürək
D) hepotosplenomeqaliya
E) anadangəlmə hepatit
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
795) Diabetik fetopatiyalı yenidoğulmuşlar üçün səciyyəvi olan klinik simptomlara aşağıdakılardan hansı aiddir?
A) əzələ hipertoniyası
B) bədən çəkisi < 3000 q
C) gec doğulma əlamətləri
D) eksikoz əlamətləri
E) bədən çəkisi > 4000 q
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
796) Şəkərli diabeti olan analardan doğulan yenidoğulmuşlarda qıcolma sindromunun əsas səbəbi nədir?
A) asfiksiya və doğuş travması
B) hipoqlikemiya və hipokalsemiya
C) MSS – nin inkişaf qüsurları
D) hiperqlikemiya
E) hiperbilurubinemiya
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
797) Həyatın ikinci ayından 6 ayınadək yarımçıq doğulmuş uşağa 2-ci mərhələ qulluq zamanı pediatırın baxışı olmalıdır:
A) 3 həftədə 1 dəfə
B) 2 həftədə 1 dəfə
C) həftədə 1 dəfə
D) ayda 1 dəfə
E) 2 ayda 1 dəfə
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
798) Yenidoğulmuşların reaktiv vəziyyətinə aid deyil:
A) vaginal qanaxma
B) milia
C) döş vəzilərinin şişkinliyi
D) fizioloji eritema
E) melena
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург,1997.
799) Yarımçıqdoğulmuşlarda retrolental fibroplaziyaya hansı səbəb ola bilər?
A) soyuma
B) hipoqlikemiya
C) ifrat oksigen terapiyası
D) hipoksiya
E) qida çatmamazlığı
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург,1997.
800) Vaxtında doğulmuş yenidoğulmuşlarda fizioloji sarılıq nə vaxt baş verir?
A) Həyatın 5-6 günündə
B) Həyatın müxtəlif günündə
C) Həyatın 1-2 günündə
D) Həyatın 2-3 günündə
E) Həyatın 4-5 günündə
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
801) Fototerapiya ilə birlikdə patogenetik cəhətdən təyin olunur:
A) Kokarboksilaza
B) Albumin
C) Hidrokortizon
D) Plazma
E) Qlükoza damcı üsulu ilə
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
802) Əsasən qeyri-düz bilirubin səviyyəsinin yüksəlməsilə şərtlənən hiperbilirubinemiya hansı xəstəlik üçün xarakterikdir?
A) Hepatit C
B) Öd çıxarıcı yolların atreziyası
C) Fetal hepatit
D) Hepatit A
E) Hemolitik xəstəlik
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
803) Yeni doğulmuşlarda konyuqasion sarılıq baş verir
A) Həyatın 5 – ci günü
B) Həyatın 14 –cü günü
C) Həyatın 7 – ci günü
D) Həyatın 1 günü
E) Həyatın 3 günü
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
804) Hemolitik və konyuqasion hiperbilirubinemiyaların differinsial diaqnostikasında hansı göstərici nəzərə alınmalıdır?
A) Retikulositlərin miqdarı
B) Amilazanın səviyyəsi
C) Leykositlərin miqdarı
D) Qeyri - düz biluribinin səviyyəsi
E) Monositlərin miqdarı
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
805) Yenidoğulmuşun hemolitik xəstəliyi nə ilə əlaqədar ola bilər?
A) İmmunoloji konfliktdə
B) Hemoqlobinopatiya
C) Anadangəlmə enzimopatiya
D) Bətndaxili infeksiya ilə
E) Bilirubin konyuqasiyasının pozulması ilə
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
806) Nüvə sarılığının əlamətləri nə vaxt təzahür ola bilər?
A) Həyatın birinci ayında
B) Həyatın birinci həftəsində
C) Həyatın ikinci ayında
D) Həyatın qırx beşinci günü
E) Həyatın iyirminci günü
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
807) Yenidoğulmuşun hemolitik xəstəliyində sarılıq nə zaman təzahür edir?
A) Həyatın birinci günündə
B) Həyatın ikinci günündə
C) Həyatın beşinci günündə
D) Həyatın üçüncü günündə
E) Həyatın dördüncü günündə
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
808) Yenidoğulmuşun hemolitik xəstəliyinin proqnozu nə ilə müəyyən edilir?
A) Düz bilirubinin miqdarının artmasına görə
B) Hemolitik xəstəliyin etiologiyasına görə
C) Qeyri – düz və düz bilirubinlərin yüksəlməsinə görə
D) Uşağın yetkinlik dərəcəsinə görə
E) Qeyri – düz bilirubinin miqdarının artmasına görə
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
809) Yenidoğulmuşun hemolitik xəstəliyinin sarılıqlı formasının xarakterik klinik simptomu hansıdır?
A) Dalağın kiçilməsi
B) Dərinin çəhrayı çalarda olması
C) Anemiya
D) Ödemin olması
E) Qaraciyərin kiçilməsi
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
810) Yenidoğulmuş uşaqlarda hemolitik xəstəliyin klinikasına aid deyil
A) Sarılıq
B) Hepatosplenomeqaliya
C) Eritroblastoz
D) Qrefe simptomu
E) Hemorragik səpkilər
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
811) Nüvə sarılığının klinik əlamətinə hansı aiddir?
A) Günəşin batması simptomu
B) Ekzoftalm
C) Əzələ hipotoniyası
D) Böyük əmgəyin sakitliyi
E) Əzələ distoniyası
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
812) Yenidoğulmuş uşaqlarda hemolitik xəstəliyi hansı xəstəlik ilə fərqləndirmək lazımdır?
A) Konyuqasiya sarılığı
B) Yeni doğulmuş uşaqların hemorragik xəstəliyi ilə
C) Damar daxili laxtalanma sindromu ilə
D) Perinatal ensefalopatiya ilə
E) Toksik hepatitlə
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997..
813) Yenidoğulmuşun hemolitik xəstəliyinin sarılıqlı forması zamanı ən təhlükəli fəsadlaşmaya hansı aiddir?
A) Böyrəklərin zədələnməsi
B) MSS- nin zədələnməsi
C) Ürək çatışmazlığı
D) Anemiya
E) Qaraciyərin zədələnməsi
Ədəbiyyat: Н.П. Шабалов. Неонатология. «Питер», Санкт-Петербург 2002
814) Aşağıdakı göstəricilərdən ABO sistemi üzrə yenidoğulmuşların hemolitik xəstəliyinə uyğun olanı qeyd edin:
A) Uşaqda mikrosferositoz
B) Düz Kumbs testin müsbət olması
C) Ananın qanında Anti-A və Anti-B immun əkscisimciklərin aşkar edilməsi
D) Uşaqd a eritrositlərin osmotik rezistentliyin azalması
E) Anada 0 ( I) ,uşaqda A (II) və ya B (III) qan qrupunun olması
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург,1997. (N)
815) Yenidoğulmuşların fizioloji sarılığının əsas səbəbi:
A) Xoleostaz
B) Qanın qatılaşması
C) Hemoliz
D) Hipoqlikemiya
E) Qlukoronil transferazanın fəallığının azalması
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург,1997.
816) Yenidoğulmuşun beyin qan dövranının pozulmasının I dərəcəsi zamanı hansı əlamətlər meydana çıxır?
A) Huşun pozulması
B) Ənsə əzələsinin rigidliyi
C) Əzələ distoniyası, hipotoniya, əzginlik
D) Əlin əsməsi, hiperrefleksiya, əzələ distoniyası
E) Qıcolma, hiporefleksiya, əlin əsməsi
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
817) Yeni doğulmuşlarda III dərəcəli beyin qan dövranı pozğunluqları zamanı müşahidə olunur:
A) Ekzoftalm
B) Sarılıq
C) Hipperrefleksiya
D) Reflekslərin olmaması
E) Əzələlərin hipertonusu
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
818) Yeni doğulmuşlarda III dərəcəli beyin qan dövranı pozğunluqları zamanı müşahidə olunur:
A) Tənəffüs və ürək döyüntülərinin ritminin pozğunluğu
B) Hiperrefleksiya
C) Sarılıq
D) Əzələlərin hipertonusu
E) Ekzoftalm
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
819) Kəllədaxili qansızma diaqnozunun təsdiq olunması üçün bu müayinəni keçirmək lazımdır?
A) Kəllənin rentgenoqramması
B) Qanda şəkərin miqdarını təyin etmək
C) Sidikdə diastazanın miqdarını təyin etmək
D) Lümbal punksiya
E) Göz dibinin müayinəsi
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
820) Kəllədaxili qanaxma diaqnozunun təsdiq olunması üçün hansı müayinəni keçirmək lazımdır?
A) Qanda şəkərin miqdarını təyin etmək
B) Göz dibinin müayinəsi
C) Kəllənin rentgenoqramması
D) Sidikdə diastazanın miqdarını təyin etmək
E) Nüvə-maqnit rezonansı
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
821) Kəllədaxili qanaxma diaqnozunun təsdiq olunması üçün hansı müayinəni keçirmək lazımdır?
A) Kəllənin rentgenoqramması
B) Neyrosonoqrafiya
C) Göz dibinin müayinəsi
D) Sidikdə diastazanın miqdarını təyin etmək
E) Qanda şəkərin miqdarını təyin etmək
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
822) 5-6 günlük yenidoğulmuş uşaqlarda qıcolma tutması baş verdikdə ilk növbədə aşağıdakılardan hansı inkar edilməlidir?
A) İrinli meningit
B) Virus ensefaliti
C) MSS – nin doğuş travması
D) Baş beynin inkişaf qüsuru
E) Metobolik pozğunluqlar
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
823) Böyüklərə nisbətən erkən yaşlı uşaqlarda beyin qan təchizatı və qan axını necədir?
A) Qan təchizatı zəifdir ,qan axını yaxşıdır
B) Böyüklərdə və uşaqlarda beyin qan təchizatı eynidir
C) Qan təchizatı yaxşıdır,qan axını zəifdir
D) Qan təchizatı zəifdir,qan axını zəifdir
E) Qan təchizatı yaxşıdır,qan axını yaxşıdır
Ədəbiyyat: П.Н.Гудзенко. Детские болезни. «Медицина», Москва, 1984.
824) Anadangəlmə ürək qüsuru ən çox hansı infeksiyada rast gəlinir?
A) Məxmərəkdə
B) Sifilisdə
C) Listeriozda
D) Toksoplazmozda
E) Herpesdə
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
825) Kontaminasion, qalxan yoluxma yolları bətn daxili infeksiyalardan əsasən hansı üçün xarakterikdir?
A) Sitomeqalovirus
B) Toksoplazmoz
C) Listerioz
D) Herpes virusu
E) Məxmərək
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
826) Hansı bətndaxili infeksiyalar zamanı interstisial pnevmoniyaya rast gəlinir?
A) Sitomeqalovirus
B) Herpetik
C) Mikoplazma
D) Sifilitik
E) Toksoplazma
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
827) Fetal hepatit diaqnozu nə ilə təsdiq olunur?
A) Transaminazanın aktivliyinin azalması
B) Düz bilirubin səviyyəsinin yüksəlməsi
C) Qeyri– düz bilirubin səviyyəsinin yüksəlməsi
D) Qalıq azotunun səviyyəsinin yüksəlməsi
E) Hiperkaliemiya
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
828) Anadangəlmə məxmərək üçün daha xarakterik fəsadlaşma hansıdır?
A) Tuberoz skleroz
B) Xorioretinit
C) Katarakta
D) Hemorragik sindrom
E) Miokardit
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
829) Koksaki virusu ilə törənən enterovirus infeksiyası üçün xarakter fəsadlaşma hansıdır?
A) Xorioretinit
B) Stomatit
C) Miokardit
D) Hemorragik sindrom
E) Katarakta
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
830) Hansı bətndaxili infeksiyada konyunktivit daha çox rast gəlinir?
A) Mikoplazmoz
B) Toksoplazmoz
C) Xlamidioz
D) Herpes
E) Sitomeqaliya
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
831) Yenidoğulmuş uşaqda bətndaxili listerioz diaqnozunu qoymaq üçün əhəmiyyətli deyil?
A) Ananın anamnezində hamiləliyin 5-ci ayından sonra özbaşına düşüklərin olması
B) İgG və İgM - nin səviyyəsi
C) Anada hamilə vaxtı hərarətin titrəmə ilə yüksəlməsi və pielit əlamətləri
D) Ananın 1ci qan qrupuna aid olması
E) Ananın heyvanlarla təması
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
832) Aktiv vərəmi olan anadan dölün əsas yoluxma yolunu göstərin.
A) Döl doğuş yollarından kecərkən
B) Qalxan
C) Cift vasitəsilə
D) Bronx, ağciyər
E) Ata və ananın cinsi hüceyrələri vasitəsilə
Ədəbiyyat: Н.П. Шабалов. Неонатология. «Питер», Санкт-Петербург 2002
833) Anadangəlmə sifilisdə döldə ilk növbədə hansı orqan zədələnir?
A) Böyrəklər
B) Sümüklər
C) Qaraciyər
D) Dəri və selikli qişalar
E) Mərkəzi sinir sistemi
Ədəbiyyat: Н.П. Шабалов. Неонатология. «Питер», Санкт-Петербург 2002
834) Anadangəlmə sitomeqalovirus infeksiyasının ən dürüst əlaməti hansıdır?
A) Osteoporoz
B) Beyin toxumasında kalsifikatların aşkar olunması
C) Likvorda, ağız suyunda, sidikdə xarakterik hüceyrələrin aşkar olunması
D) Meninqoensefalit
E) Xorioretinit
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург,1997.
835) Anadangəlmə toksoplazmozun simptomlarına aid deyil:
A) Daxili orqanların zədələnməsi
B) Oynaqların zədələnməsi
C) Mərkəzi sinir sisteminin zədələnməsi(meninqoensefalit,hidrosefaliya qıcolma sindromu)
D) Xorioretinit
E) Psixi inkişafdan geri qalma
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
836) Anadangəlmə sitomeqalovirus infeksiyasına şübhə yaradan simptomlardan hansı aid deyil?
A) Hepatosplenomeqaliya , çox hallarda – sarılıqla
B) Xorioretinit
C) Vaxtından əvvəl doğuş
D) Mikrosefaliya , inkişafdan geri qalma
E) Böyrəküstü vəzinin çatmamazlığı
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
837) Yeni doğulmuş uşaqlarda hemorragik xəstəliyin ilk klinik əlamətinə hansı aiddir?
A) Qan azlığı
B) Kəllədaxili qansızma
C) Selikli qişalardan qanaxma
D) Ekzoftalm
E) Hemartroz
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997..
838) Hemorragik xəstəliklə doğulmuşlarda hansı müayinələr lazımdır?
A) Tromboelastoqram
B) Sidiyin ümumi analizi
C) Qanın biokimyəvi analizi
D) Kaproqramma
E) Qanın ümumi analizi,trombositlər,qanın laxtalanma vaxtı,qanaxma vaxtı
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997..
839) İzoimmun trombositopenik purpura ilə yenidoğulmuşlarda hansı müayinə informativ deyil ?
A) Ananın və uşağın qanında antitrombositar antitelin müəyyən edilməsi
B) Koaquloqramma
C) Qanın biokimyəvi analizi
D) Ananın qan zərdabı ilə uşağın trombositlərinin aqlyutinasiya reaksiyası
E) Hemosindrom ilə ümumi qan azlığı
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997..
840) Trombositlərin yüksək sürətlə dağılması nəticəsində irsi trombositopeniya hansı sindroma aiddir?
A) Daun sindromu
B) Viskotta – Oldriç sindromu
C) Fenilketonuriya
D) Fankoni anemiyası
E) Şerşevski-Terner sindromu
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
841) Yenidoğulmuş uşaqlarda ikincili (simtomatik) trombositopeniya nə vaxt təsadüf olunur?
A) Daun sindromunda
B) Fankoni anemiyası
C) Bətndaxili yoluxma
D) İzoimmun trombositopenik purpura zamanı
E) Viskotta - Oldriç sindromu
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
842) Yenidoğulmuş uşaqlarda ikincili hemoragik xəstəlik nə vaxt inkişaf edə bilər?
A) Ensefalopatiya zamanı
B) Qaraciyər parenximasının zədələnməsi zamanı
C) Pnevmoniyada
D) Trombositopeniyada
E) VII faktorun irsi çatışmamazlığı
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
843) Ananın qan itirməsinin feto-diaqnostikası üçün istifadə olunur.
A) Ht–nın səviyyəsinin müəyyən edilməsi
B) Yeni doğulmuş uşaqlarda eritrosit morfologiyasının qiymətləndirilməsi
C) Apt testi
D) Ananın qan yaxmasının Kleyxaueru –Betke üsuluna əsasən rənglənməsi
E) Kumbs reaksiyası
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
844) Yenidoğulmuşlarda kəskin qanitirmə üçün xasdır:
A) Taxikardiya
B) Hemoqlobin və eritrositlərin kəskin azalması
C) Hepatomeqaliya
D) Splenomeqaliya
E) Bilirubinemiya
Ədəbiyyat: А.И.Воробжов. Руководство по гематологии. «Медицина», Москва, 1985.
845) Yenidoğulmuşlarda kəskin qanitirmə üçün xasdır:
A) Bilirubinemiya
B) Splenomeqaliya
C) Hepatomeqaliya
D) Hipovolemik sok
E) Hemoqlobin və eritrositlərin kəskin azalması
Ədəbiyyat: А.И.Воробжов. Руководство по гематологии. «Медицина», Москва, 1985.
846) Yenidoğulmuşlarda kəskin qanitirmə üçün xasdır:
A) Hemoqlobin və eritrositlərin kəskin azalması
B) Retikulositlərin normal səviyyəsi
C) Splenomeqaliya
D) Bilirubinemiya
E) Hepatomeqaliya
Ədəbiyyat: А.И.Воробжов. Руководство по гематологии. «Медицина», Москва, 1985.
847) Yenidoğulmuşlarda hemolitik anemiya üçün xasdır.
A) Selikli qişanın solğunluğu
B) Hemorragik sindrom
C) Böyrəklərin funksional pozğunluğu
D) Ürək-damar çatışmazlığı
E) Böyrək çatışmazlıgı
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
848) Yenidoğulmuşlarda hansı halda qazanılmış hemolitik anemiya inkişaf edə bilər?
A) Piruvatkınaza defisiti
B) Mərmər dəri xəstəliyi
C) Yayılmış damar daxili laxtalanma sindromu
D) α-talassemiya olduqda
E) Böyrək çatışmazlıgı olduqda
Ədəbiyyat: А.И.Воробжов. Руководство по гематологии. «Медицина», Москва, 1985.
849) Yenidoğulmuşlarda eritropoezin azalmasından əmələ gələn anemiya hansı üçün xasdır?
A) Anadangəlmə hepatit
B) Hemofiliya
C) Blekfin-Dayemond sindromu
D) Feto-fetal qanitirmə
E) Transplasentar trombositopenik purpura
Ədəbiyyat: А.И.Воробжов. Руководство по гематологии. «Медицина», Москва, 1985.
850) Yenidoğulmuşlarda eritropoezin azalmasından əmələ gələn anemiya hansı üçün xasdır?
A) Hemofiliya
B) Bətndaxili infeksiya
C) Feto-fetal qanitirmə
D) Anadangəlmə hepatit
E) Transplasentar trombositopenik purpura
Ədəbiyyat: А.И.Воробжов. Руководство по гематологии. «Медицина», Москва, 1985.
851) Yarımçıqdolulmuş uşaqlarda qanın formulunda birinci çarpazlaşması nə vaxt baş verir?
A) Həyatın – 5-ci günü
B) Həyatın 4 –cü günü
C) 21-ci gündə
D) Həyatın 6 –cı günü
E) 7-10 günlüyündən sonra
Ədəbiyyat: Н.П. Шабалов. Неонатология. «Питер», Санкт-Петербург 2002
852) Yenidoğulmuşlarda göbək ciyəsinin,göbək yarasının və göbək damarlarının yoluxucu xəstəliklərinə aid deyil:
A) öd və sidik axarının kistası
B) göbək ciyəsinin qanqrenası
C) nekrotik omfalit
D) fleqmanoz omfalit
E) göbək venasının flebiti
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997..
853) Yenidoğulmuşlarda göbək ciyəsinin,göbək yarasının və göbək damarlarının infeksion xəstəliklərinə aiddir:
1. nəm göbək
2. amniotik göbək
3. göbək venasının flebiti
4. öd və sidik axarının svişi
5. öd və sidik axarının kistası
A) 1, 4
B) 1, 3
C) 3, 5
D) 2, 5
E) 2, 4
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997..
854) Yenidoğulmuşlarda sepsisin müalicəsi zamanı aşağıdakı prinsiplərdən istifadə olunur:
A) antibakterial, infuzion, hemotransfuzia
B) antibakterial, antihemorragik
C) infuzion, antibakterial, immundepressiv terapiya
D) antibakterial, infuzion terapiya, hepatoprotektorlar
E) antibakterial, infuzion, immunkorreksiyaedici terapiya
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997..
855) Yenidoğulmuşların sepsisində infeksion toksikoz dövründə qanın biokimyəvi analizi üçün hansı səciyyəvidir?
A) qələvi fosfatazanın artması
B) seromukoidın azalması
C) disproteinemiya
D) difenilanin sınağının azalması
E) «C» - reaktiv zülalın kəskin azalması
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
Dostları ilə paylaş: |