569) Bronxiolit vaxtı müşahidə olunur.
A) Burun-dodaq üçbucağında sianoz
B) Öskürəyin olmaması
C) Bradikardiya
D) Perkutor səsin kütləşməsi
E) Emfizemanın olmaması
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
570) Bronxiolit vaxtı təyin olunmur.
A) Heparin
B) Prednizolon
C) Nəmlənmış oksigen
D) Antibiotik
E) İnfuzion terapiya
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
571) Ağ ciyər toxumasına infeksiyanın hematogen yolla yayılması müşahidə olunur:
A) Kolitdə
B) Anginada
C) Sepsisdə
D) Bronxial astmada
E) Bronxitdə
Ədəbiyyat: Г.А.Тимофеева. Стафилококковая инфекция у детей. «Медицина», Москва, 1977.
572) Xroniki bronxitin verifikasiyasının dəqiq metodu:
A) ümumi kliniki fizikal müayinələr
B) bronxoskopiya, bronx məhtəviyyatının sitoloji və bakterioloji müayinəsi
C) bəlğəmin əkilməsi
D) qanın kliniki müayinəsi
E) döş qəfəsi orqanlarının rentgenoqrafiyası
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2004, I том, стр.346
573) Eksudatın aşağıdakı hüceyrə tərkibi: - limfositlər 80 %, neytrofillər 15%, eritrositlər 5%, plevritin hansı forması üçün xarakterikdir:
A) seroz-hemorragik
B) irinli
C) hemorragik
D) seroz
E) postravmatik
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2004, I том, стр.414
Dostları ilə paylaş: |