193) Şəkərli diabet xəstəliyinə xas olmayan əlamət hansıdır?
A) Polifagiya
B) Arıqlama
C) Sidik ifrazının tezləşməsi
D) Yanğı hissi
E) Uşağın kövrək, ağlağan olması
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
194) Şəkərli diabet xəstəliyinə xas olmayan əlamət hansıdır?
A) Ekzoftalm
B) Dəridə qaşınma yerləri
C) Poliuriya
D) Yanğı hissi
E) Dərinin quruluğu
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
195) Adrenogenital sindromun duzitirmə formasında xarakter olan əlamət hansıdır?
A) Bütün sadalananlar
B) Hiponatremiya
C) Virilizm
D) EKQ-də T dişciyinin itiləşmiş yüksəkliyi
E) Hiperkalemiya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
196) “Diabetik ketoasidotik koma” diaqnozunu təsdiqləyən əlamətlərə aid olmayan hansıdır?
A) “Göz almalarının yumşaqlığı”
B) Huşsuz vəziyyət
C) Ağ ciyərlərdə çoxlu xırıltının olması
D) Dərinin quruluğu
E) Kussmaul tip tənəffüs
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
197) Xroniki böyrəküstü vəz çatışmazlığında ( Addison xəstəliyi) nə müşahidə edilir?
A) Dəridə hiperpiqmentasiya
B) İştahanın artması
C) Əllərin tremoru
D) Dərinin sarılığı
E) Qıcolmalar
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
198) 3 aylıq uşağın dayaq reaksiyalarının və avtomatik yerişinin sönməsi nəyi bildirir?
A) Proqradient xəstəliklərini
B) Onurğa beyninin zədələnməsini
C) Hərəki inkişafın düzgünlüyünü
D) Raxiti
E) Davamlı serebral defekti
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
Dostları ilə paylaş: |