190) Kəskin herpetik stomatitin etioloji müalicəsi hansıdır?
A) Virus əleyhinə müalicə
B) Antibakterial dərmanlar
C) Pəhriz
D) Qızdırmanı aşağı salan vasitələr
E) Antiseptik məhlullarla ağız boşluğunu yaxalamaq
Ədəbiyyat: О.Е. Ткачук «Стоматология детского возраста» 2006.
191) Pəhrizdə qida komponentlərindən hansı artıq olduqda dişlərin kariesinin inkişafına şərait yaradır?
A) Şəkər
B) Maye
C) Xörək duzu
D) Kalsium
E) Yağlar
Ədəbiyyat: О.Е. Ткачук «Стоматология детского возраста» 2006.
192) Dişlərin laxlaması, diş ətinin qanaması (parodontal sindrom) nə vaxt baş verə bilər?
A) Nefritdə
B) Respirator-virus xəstəlikləri zamanı
C) Birləşdirici toxumanın sistem xəstəliklərində
D) Neytropeniya zamanı
E) “Kollagenozlarda “
Ədəbiyyat: Н.В.Курякина . «Терапевтическая стоматология детского возраста» 2004
Dostları ilə paylaş: |