525) Aşağıdakılardan hansı böyrəyin filtrasiyon xassəsini xarakterizə etmir?
A) Qanda kreatinin
B) Sidiyin osmolyarlığı
C) Qanda sidik cövhərinin səviyyəsi
D) Endogen kreatinin klirensi
E) Proteinuriyanın selektivliyi
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г.
526) Aşağıdakı simptomlardan hansı biri irsi nefrit diaqnozunu təsdiq etmək üçün hematuriyalı uşağın qohumlarında rast gəlinmir?
A) Erkən yaşda XBÇ-nın inkişafı
B) Görmə patalogiyası
C) Hematuriya
D) Bud-çanaq oynağının displaziyası
E) Ağır eşitmə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
527) Aşağıdakılardan hansı üçün torpid gediş xarakterikdir?
A) Pielonefrit
B) Qurdeşənəyi nefriti
C) Qlomerulonefritin nefrotik forması
D) Sistit
E) Irsi nefrit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
528) Erkən mərhələlərdə arterial təzyiqin yüksəlməsi hansı hal üçün xarakterikdir?
A) Qlomerulonefrit
B) Pielonefrit
C) Tubulopatiya
D) Irsi nefrit
E) Dismetabolik nefropatiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
529) Kiçik anomaliyaların olması (displastik əlamətlər) aşağıdakılardan hansı üçün xarakterik deyil?
A) Qlomerulonefrit
B) Irsi nefrit
C) Tubulopatiya
D) Dismetabolik nefropatiya
E) Böyrəklərin kistozu
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
Dostları ilə paylaş: |