406) Yüksək hipertenziyanı çox vaxt nə şərtləndirir?
A) İrsi nefrit
B) Böyrək damarlarının inkişaf qüsuru
C) Kasacıq-ləyən sisteminin qoşalaşması
D) Pielonefrit
E) Vegetodistoniya
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица. Киев: Здоровье. 1986
407) Vazorenal hipertenziyanı aşkar etmək üçün hansı tədqiqat daha informativdir?
A) Sistoqrafiya
B) Ayaqlarda arterial təzyiqin ölçülməsi
C) Böyrək damarlarının USM
D) Venadaxili uroqrafiya
E) Renal anqioqrafiya
Ədəbiyyat: Белозеров Ю.М.Ультразвуковая семиотика и диагностика в кардиологии детского возраста. М. 2001.
408) Saydıqlarımız qüsurlardan arterial hipertenziya ilə gedən hansıdır?
A) Qulaqcıqlararası arakəsmənin defekti
B) Aortanın koarktasiyası
C) Aortanın stenozu
D) Ağ ciyər arteriyasının stenozu
E) Mədəciklərarası arakəsmənin defekti
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица. Киев: Здоровье.1986.
409) Aortanın koarktasiyası zamanı hipertenziyanın differensial diaqnostikası üçün daha çox informativ olan hansıdır?
A) Arterial təzyiq ayaqlarda yuxarı ətraflara nisbətən aşağıdır
B) Arterial təzyiq yuxarı ətraflara nisbətən ayaqlarda yüksəkdir
C) Sidikdə 17-ketosteroidlərin normal tərkibi
D) Sidikdə aldosteronun artması
E) Sidikdə katexolominlərin səviyyəsinin azalması
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004
410) Təxirəsalınmaz vəziyyət zamanı uşaqda daha çox diaqnostik əhəmiyyətə malik olan hansıdır?
A) Exokardioqramma
B) Reokardioqramma
C) Ensefaloqramma
D) EKQ
E) Fonokardioqramma
Ədəbiyyat: Белозеров Ю.М.Ультразвуковая семиотика и диагностика в кардиологии детского возраста. М: Медпресс. - 2001.
Dostları ilə paylaş: |