293) Südəmər uşaqlarda kəskin pielonefritin aparıcı əlamətinə hansı aiddir?
A) Dizurik təzahürlər
B) Subfebrilitet
C) Qaytarma sindromu
D) Ümumi intoksikasiya
E) Ağrı sindromu
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
294) Yenidoğulmuşda sidik kisəsinin həcmi nə qədərdir?
A) 10-dan 15 ml-ə qədər
B) 250-dan 300 ml –ə qədər
C) 30-dan 50 ml-ə qədər
D) 100-dan 200 ml-ə qədər
E) 100-dan 150 ml-ə qədər
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
Bölmə 5. Tənəffüs üzvlərinin xəstəlikləri.
295) 1-5 yaşlı uşaqlarda xəstəxanadankənar (evdə) pnevmoniyanın etiologiyasında aparıcı əhəmiyyətə malik hansı törədicidir?
A) Piogen streptokokk
B) Klebsiella
C) bağırsaq çöpü
D) Stafilokokk
E) Pnevmokokk
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
Dostları ilə paylaş: |