299) Hansı pnevmoniya zamanı piotoraks daha çox rast gəlir?
A) Pnevmokokk
B) Pnevmosist
C) Legionella
D) Virus
E) Stafilokokk
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
300) Hansı müddətdə pnevmonik proses geri sorulmazsa, uzanmış pnevmoniya diaqnozu qoyulur?
A) 6 həftədən 8 həftəyə qədər
B) 1 həftədən 5 həftəyə qədər
C) 5 həftədən 6 həftəyə qədər
D) 8 ay və daha çox
E) 3 həftədən 4 həftəyə qədər
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
301) Eksudativ plevrit üçün nə xarakterikdir?
A) Perkutor səsin kütləşməsi və divararalığı üzvlərinin sağlam tərəfə yerdəyişməsi
B) Eksudat üzərində bronxofoniya və səs titrəməsinin güclənməsi
C) Səs titrəməsinin güclənməsi və perkutor səsin kütləşməsi
D) Perkutor səsin kütləşməsi və divararalığı üzvlərin xəstə tərəfə yerdəyişməsi
E) Eksudat üzərində perkutor qutu səsi
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
302) Beş yaşdan yuxarı uşaqlarda xəstəxanadankənar pnevmoniyanın nadir hallarda törədicisi hansıdır?
A) Hemofil çöplər
B) Göy-irin çöpü
C) Klebsiella
D) Pnevmokokk
E) Mikoplazma
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
303) 1-5 yaşlı uşaqlarda xəstəxanadankənar pnevmoniyanın nadir hallarda törədicisi hansıdır?
A) Klebsiella
B) Göy-irin çöpü
C) Pnevmokokk
D) Stafilokokk
E) Hemofil çöplər
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
Dostları ilə paylaş: |