290) Hipertonik su defisitli dehidratasiyaya hansı uyğun gəlir?
A) Selikli qişaların quruluğu
B) Hiponatriemiya
C) Hipotermiya
D) AT enməsi
E) Əmgəyin qabarması
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
291) Uşaqlarda qəfləti ölüm sindromu üçün hansı xarakterikdir?
A) Qəfləti ölümə ailəlikcə meyllilik
B) Ölüm əsasən gündüz vaxtları uşaq oyaq olarkən baş verir
C) Sindrom əsasən 3 yaşdan yuxarı uşaqlarda rast gəlinir
D) Həmişə klinik morfoloji yetkinsizliyin əlamətləri aşkar edilir
E) Ölümün konkret səbəbi həmişə aşkar edilir
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
292) Uşağın 2 yaşı var, vəziyyəti ağırdır, hərarəti 390 C , yuxululuq, ənsə əzələlərində gərginlik və dəridə xırda qansızmalar qeyd edilir. Likvorda 600 hüceyrəyə qədər qranulositlər, şəkər azalıb, zülal artıb. Meningitin daha çox ehtimal olunan törədicisi hansıdır?
A) Meninqokokk
B) Vərəm mikobakteriyası
C) Qızılca virusu
D) Koksaki qrupundan olan viruslar
E) Pnevmokokk
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
Dostları ilə paylaş: |