Pənah Hüseynov qanunvericilik(BB,BA)


DÖVLƏT DİLİNİN İŞLƏNMƏSİ, QORUNMASI VƏ İNKİŞAFI



Yüklə 7,45 Mb.
səhifə130/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   126   127   128   129   130   131   132   133   ...   190
qanunvericilik.bb .ba

DÖVLƏT DİLİNİN İŞLƏNMƏSİ, QORUNMASI VƏ İNKİŞAFI


M a d d ə 4 . Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi



    1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.

    2. Bu Qanunun 4.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.

M a d d ə 5 . Dövlət dilinin təhsil sahəsində işlənməsi



    1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.

    2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.

    3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.



M a d d ə 6 . Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi


Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.



Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin