M a d d ə7 .Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi
Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlətdiliişlənilir. Əcnəbilərəxidmətgöstərilməsiilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı,digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir
7.1-1. Reklamvericinintələbinəəsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlətdiliiləyanaşıdigərdillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı vəcoğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan RespublikasınınPrezidenti) müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının Əqli MülkiyyətAgentliyi ) tərəfindən qeydə alındığı formada göstərilməlidir
Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlətdilininnormalarınauyğunolaraq tətbiq edilməlidir.
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilənmalların üzərindəki etiketlər və digər yazılarmüvafiq xarici dillərlə yanaşı, dövlətdilindədə olmalıdır.
Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələribaşqa dillərləyanaşı,Azərbaycan dilinə tərcüməsiilə müşayiətolunmalıdır.
M a d d ə 8 . Dövlətdilinin xüsusiadlarda işlənməsi
Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadlarıdövlətdilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adlarıvəsoyadlarınındəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.