M a d d ə8 .Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi
Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həminbayraqlarınölçüsüAzərbaycanRespublikasıDövlətbayrağınınölçüsündən böyük olabilməz.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı, digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdanbaxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.
9.1. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onlarınölçülərindən asılı olmayaraq,Azərbaycan Respublikasının Konstitusiyasında(1) və “AzərbaycanRespublikasıDövlətBayrağınıntəsvirinintəsdiqedilməsihaqqında”AzərbaycanRespublikasınınKonstitusiyaQanununda(2) müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Azərbaycan Respublikasının Dövlət bayrağı bütövolmalıvəsolğungörünməməlidir.
Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi(1), ya da xüsusi tutqaclara bərkidilən dəstək(2) üzərində qaldırılır.
Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üçmetr hündürlükdə olsun.