M addə 98.Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi
Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarınınözündəbaşqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.
M a d d ə 981. AzərbaycanRespublikasıMilli Məclisininburaxılması I.
Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarəHeyətininkollegialfəaliyyətiüçünzəruriolan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyinetmədikdə,
habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradanqaldırılabilməyənsəbəblərüzündənicraetmədikdə, AzərbaycanRespublikasınınPrezidentiAzərbaycanRespublikasınınMilliMəclisini buraxır. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beşildənazolabilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinciilininnoyabr ayınınbirinci bazar günükeçirilir.