Pənah Hüseynov qanunvericilik(BB,BA)


Bu maddənin 1-5-ci bəndlərində göstərilən məsələlərə dair 63 səs çoxluğu



Yüklə 7,45 Mb.
səhifə30/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   26   27   28   29   30   31   32   33   ...   190
qanunvericilik.bb .ba

Bu maddənin 1-5-ci bəndlərində göstərilən məsələlərə dair 63 səs çoxluğu ilə qanunlar, qalan məsələlərə dair isə, bu Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar qəbul edilir.

  • Bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən

    • digər məsələlərə,

    • Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə,

    • Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair də qərarlar qəbul edilir.

  • Bu maddənin I hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər. M a d d ə 9 6 . Qanunvericilik təşəbbüsü hüququ




    1. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ)

      1. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına,

      2. Azərbaycan Respublikasının Prezidentinə,

      3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə,

      4. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına,

      5. Azərbaycan Respublikasının Prokurorluğuna

      6. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

    2. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır səsə qoyulur.

    3. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər.

    1. Yüklə 7,45 Mb.

      Dostları ilə paylaş:
  • 1   ...   26   27   28   29   30   31   32   33   ...   190




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin