Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə78/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   74   75   76   77   78   79   80   81   ...   190
qanunvericilik.bb .ba

hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.

    1. Dövlət qulluqçusunun müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı AR Prezidenti tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.



M a d d ə 24. Dövlət qulluqçularının mükafatlandırılması

    1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri qaydaları qanunvericiliklə müəyyənləşdirilir.

    2. Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artmasıvəzifə borcuna andına sədaqəti dövlət tərəfindən qiymətləndirilməlidir.

Onun xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi


      • «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi,

      • «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə,

      • digər orden və medallarla təltif olunmasından,

      • habelə Azərbaycan Respublikasının fəxri adlarını almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr və qaydalar qanunvericiliklə müəyyən edilir.



M a d d ə 25. Dövlət qulluqçusunun məsuliyyəti

    1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və ya lazımi şəkildə yerinə yetirilməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.

    2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər:

      • 25.2.1. töhmət;( dövlət orqanının rəhbəri və dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs tərəfindən tətbiq oluna bilər)

      • 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;

      • 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi;

      • 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;

      • 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması;

      • 25.2.6. dövlət qulluğundan azad edilməsi.

    3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.

    4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı-


Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin