Pənah Hüseynov qanunvericilik(BB,BA)


Maddə 21. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət



Yüklə 7,45 Mb.
səhifə112/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   108   109   110   111   112   113   114   115   ...   190
qanunvericilik.bb .ba

Maddə 21. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət





    1. Dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti

həmin orqanların müvafiq qurumları həyata keçirir.

    1. Dövlət orqanının rəhbəri:

  1. tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu Qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;

  2. öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir;

  3. tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır;

  4. tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir;

  5. rəhbərlik etdiyi dövlət orqanlarına onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir;

  6. etik davranış qaydalarının pozulmasının qarşısının alınması profilaktikası üzrə tədbirlər görməlidir;

  7. tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir;

  8. öz səlahiyyətləri çərçivəsində bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquqi (və ya normativ xarakterli) aktları işləyib hazırlamalı təsdiq etməlidir;

  9. etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam

məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;

  1. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görməlidir;

  2. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları dövlət orqanlarını məlumatlandırmalıdır;

  3. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir;

  4. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.


Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin