Açıq məlumatın alınması qaydası və şərtləri
bu Qanunla(Məlumat azdalığı haqqında qanun)
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu,
digər qanunvericilik aktları
və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur.
Məlumatın verilməsi barədə müqavilə
mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə
məlumatı verməkdən imtina edə bilməzlər.
M a d d ə 1 0 . Alınması məhdudlaşdırılan məlumat
Alınması məhdudlaşdırılan məlumatlara
dövlət,
peşə (vəkil, notariat, həkim),
qulluq, bank, kommersiya,
istintaq və məhkəmə sirləri,
şəxslərin şəxsi və ailə həyatına,
terror aktlarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir.
Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına,
terror aktlarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər
müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 11. Məlumatın əldə edilməsi barədə müraciət
Məlumatın əldə edilməsi üçün sorğunun
verilməsi
və
məlumat
əldə
edilməsi haqqında
sorğuya
baxılması "
M a d d ə 1 2 . Məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək hüququ
Məlumatın verilməməsi barədə
məlumat sahibinin yuxarı orqanına
və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana),
habelə məhkəməyə şikayət edilə bilər.