M a d d ə 1 4 . Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ
Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır, işlənir və mühafizə olunur. Məlumatın aldatma, hədə-qorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır
Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti(1) zamanı
əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı(2) ilə əlaqədar toplanılan məlumatlar
istisna olmaqla şəxsiyyətin onun haqqında məlumatın toplanması
ilə əlaqədar aşağıdakı hüquqları vardır:
onun haqqında toplanan məlumatla tanış olmaq;
məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək;
məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etmək.
Şəxsiyyətin onun haqqında məlumatların toplanılması ilə bağlı
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq digər hüquqları da vardır.
Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir.
Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün