Maddə 23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət
Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam
məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi
qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:
bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə
hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;
mediada dövlət qulluqçusu tərəfindən
bu Qanunun müddəalarının pozulması və
maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.
İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.
Maddə 24. Bu qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,31 may 2007-ci il № 352-IIIQ
Etik davranış qaydalarının adları :
1.Vicdanlı 2.Mədəni
3. Korrupsiyanın qarşısının alınması 4.Maraqların toqquşmasının qarşısının alınması 5.Loyallıq
6.Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər 7.İctimai etimad
8.Qərəzsizlik 9.Əmlakdan istifadə
Məlumatdan istifadə
Peşəkarlıq və fərdi məsuliyyətin artırılması 12.İctimai və siyasi fəaliyyət
. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi
İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət
Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi
Məlumat azadlığı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
M a d d ə 1 . Məlumat azadlığı
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur.
M a d d ə 2 . Məlumat azadlığının təminatı
Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır.
Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.
Qanunları
Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası(1) və ona müvafiq olaraq Azərbaycan Respublikasının
(2) ilə müəyyən edilir.
M a d d ə 3 . Qanunun təyinatı
Dostları ilə paylaş: |