M a d d ə 6. Vətəndaşlarınmüraciətlərinədair tələblər Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılıformadatəqdimedir və ya şifahiformadabildirirlər.
Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir.
Yazılı müraciətdə aşağıdakılar göstərilir:
müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəlişəxsinelektronünvanınagöndərilənmüraciətləristisnaolmaqla);
müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı;
müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı.
Müraciət hüquqi şəxslərinfirma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsinəlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisnaolmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmirvə onlara baxılmır.
Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri,yaxudonlarınsəlahiyyətlinümayəndəsiimzalamalıvə tarix qoymalıdır.
Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır.
Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçtünvanı göstərilməlidir.
Elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır.
Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklifvəyatələbaydınifadəedilməlidir. Müraciətin mətnində təhqirvəböhtana yol verilməməlidir.