Pənah Hüseynov qanunvericilik(BB,BA)


qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz



Yüklə 7,45 Mb.
səhifə117/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   113   114   115   116   117   118   119   120   ...   190
qanunvericilik.bb .ba

qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz.


  1. Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır.

  2. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin

nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur
M a d d ə 1 5 . Bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.


Azərbaycan Respublikasının prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 19 iyun 1998-ci il


505-IQ

Vətəndaşların müraciətləri haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU




Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94- cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir(1), vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.(2)


M a d d ə 1. Müraciət etmək hüququ



    1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

    2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.

    3. İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.



M a d d ə 2. Vətəndaşların müraciətləri haqqında qanunvericilik

Vətəndaşların müraciətləri haqqında qanunvericilik



  1. Azərbaycan Respublikasının Konstitusiyasından

  2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən 3.Vətəndaşlarin müraciəti haqqinda Azərbaycan Respublikasının qanunundan 4.Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.



M a d d ə 3. Əsas anlayışlar



    1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:


      1. Yüklə 7,45 Mb.

        Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin