Yuxarıdövlətorqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanınıntələbiiləmüraciətə baxan subyektinrəhbəritərəfindən ona məlumat verilməlidir.
Vətəndaşın müraciətində göstərilən məsələlər “Dövlətsirrihaqqında”AzərbaycanRespublikasınınQanununauyğunolaraqdövlətsirritəşkiledənməlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.
Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunaziddhərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.
Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunlamüəyyənedilmişqaydadaməhkəməyəmüraciətetmək hüququ izah olunur.
M a d d ə 8. Müraciətin baxılmamışsaxlanılması
Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır:
bu Qanunun 5-ci maddəsinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqaqayda nəzərdə tutulduqda;
müraciət bu Qanunun 6.4-6.9-cu( bu tələblərə bax) maddələrində göstərilən tələblərə cavab vermədikdə;
müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəməninqanuniqüvvəyəminmişqərarıolduqda;
vətəndaşın təkrar müraciətlərinə birilərzində3dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeniməlumatlar olmadıqda;
bu Qanunun 7.9-cu maddəsində göstərilən hallarda müraciətin aidiyyəti üzrəgöndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli vəyaaidiyyətiüzrə göndərilməsiüçünkifayət etmədikdə;
müraciət etmiş şəxs bu Qanunun 14.0.2( müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək) maddəsinə uyğun olaraq ərizə ilə müraciət etdikdə.
Bu Qanunun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblərgöstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş(5)iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir.
Müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir.