Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
M a d d ə 6 2 . Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi
Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
M a d d ə 6 3 . Təqsirsizlik prezumpsiyası(əksi sübut olunana qədər qüvvədə olan həqiqət)
Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs,
onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə
və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa,
təqsirsiz sayılır.
Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
M a d d ə 6 4 . Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi
Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.(eyni cinayəti təkrar törətmə halı ilə qarışdırmayın )
M a d d ə 6 5 . Məhkəməyə təkrar müraciət hüququ
Məhkəmənin məhkum etdiyi hər bir şəxsin
öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması,
habelə özünün əfv edilməsi
və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.
M a d d ə 6 6 . Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi
Heç kəs
özünə,
arvadına (ərinə),
övladlarına,
valideynlərinə,
qardaşına,
bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.
Dostları ilə paylaş: |