Pənah Hüseynov qanunvericilik(BB,BA)


Azərbaycan Respublikası vətəndaşlarının



Yüklə 7,45 Mb.
səhifə17/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   13   14   15   16   17   18   19   20   ...   190
qanunvericilik.bb .ba

Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir böhtan tənqid sayıla bilməz.

M a d d ə 5 8 . Birləşmək hüququ





  1. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.

  2. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

  3. Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

  4. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində

    • qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi,

    • cinayət hesab edilən digər məqsədlər güdən

    • ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

M a d d ə 5 9 . Azad sahibkarlıq hüququ



  1. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

  2. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.



M a d d ə 60. Hüquq və azadlıqların inzibati məhkəmə təminatı

  1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

  2. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

  3. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

  4. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 6 1 . Hüquqi yardım almaq hüququ





  1. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

  2. Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin