Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqidetməkhüququvardır. Tənqidəgörətəqibqadağandır.Təhqirvəböhtantənqidsayıla bilməz.
M a d d ə 5 8 . Birləşməkhüququ
Hər kəsin başqalarıilə birləşmək hüququ vardır.
Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütünbirliklərinsərbəst fəaliyyətinə təminatverilir.
Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində
qanunidövləthakimiyyətinizorladevirməkməqsədi,
cinayəthesabediləndigər məqsədlərgüdən
vəyacinayətkar üsullardanistifadə edənbirliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəməqaydasındaxitam verilə bilər.
M a d d ə 5 9 . Azadsahibkarlıq hüququ
Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləmənihəyatakeçirir.
M a d d ə 60. Hüquq vəazadlıqlarıninzibativəməhkəmətəminatı Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
Hərkəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayətedə bilər.
M a d d ə 6 1 . Hüquqiyardımalmaqhüququ
Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.