Pənah Hüseynov qanunvericilik(BB,BA)


Əmək müqaviləsi ilə işləyənlərə qanunla



Yüklə 7,45 Mb.
səhifə13/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   9   10   11   12   13   14   15   16   ...   190
qanunvericilik.bb .ba

Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

M a d d ə 3 8 . Sosial təminat hüququ





  1. Hər kəsin sosial təminat hüququ vardır.

  2. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur.
  3. Hər kəs


    • qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda(pensiya)

    • xəstəliyinə,

    • əlilliyinə,

    • ailə başçısını itirdiyinə,

    • əmək qabiliyyətini itirdiyinə,

    • işsizliyə görə

    • və qanunla nəzərdə tutulmuş digər hallarda

sosial təminat hüququna malikdir.


  1. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

  2. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.



M a d d ə 3 9 . Sağlam ətraf mühitdə yaşamaq hüququ

  1. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

  2. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

  3. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə ya zərər vura bilməz.

  4. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

M a d d ə 4 0 . Mədəniyyət hüququ





  1. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.

  2. Hər kəs tarixi, mədəni mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.

M a d d ə 4 1 . Sağlamlığın qorunması hüququ





  1. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

  2. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən

    • səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür,

    • sanitariya-epidemiologiya salamatlığına təminat verir,

    • tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

  3. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları


Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin