Əmlakın tam müsadirəsinə yol verilmir.
Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
Dövlət vərəsəlik hüququna təminat verir.
M a d d ə 3 0 . Əqli mülkiyyət hüququ
Hər kəsin əqli mülkiyyət hüququ vardır.
Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
M a d d ə 3 1 . Təhlükəsiz yaşamaq hüququ
Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.
M a d d ə 3 2 . Şəxsi toxunulmazlıq hüququ
Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada
cinayətin qarşısını almaqdan
və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü
Dostları ilə paylaş: |