Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsinivəyaçıxarılmasını(ləğvedilməsini) tələb etmək hüququ vardır.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
VII.
Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar,
ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı
və qanunun yol verdiyi digər hallar istisnaolmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadəediləbilməz.
Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
M a d d ə 3 3 . Mənzil toxunulmazlığı hüququ
Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
Qanunla müəyyən edilmiş hallar(1) və ya məhkəmə qərarı istisna olmaqla(2), mənzildə yaşayanların iradəsiziddinə heç kəs mənzilə daxil ola bilməz.
M a d d ə 3 4 . Nikahhüququ
Hər kəsin qanunlanəzərdətutulmuşyaşaçatdıqda ailə qurmaq hüququ vardır.
Nikah könüllürazılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
Nikah və ailə dövlətinhimayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla
mühafizə edilir. Dövlətçoxuşaqlıailələrəyardımgöstərir.
Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlaraqayğıgöstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqlarınborcudur.