Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
1)Qanunla nəzərdə tutulmuş zəruri müdafiə 2)son zərurət
cinayətkarın yaxalanması və tutulması
həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması 5)dövlətə qarşı qiyamın yatırılması
dövlət çevrilişinin qarşısının alınması
ölkəyə silahlı basqın edilməsi halları istisnaolmaqlainsanaqarşısilahişlədilməsinəyol verilmir.
M a d d ə 2 8 . Azadlıqhüququ
Hər kəsin azadlıq hüququ vardır.
Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma,həbsəalmavəya azadlıqdanməhrumetməyoluilə məhdudlaşdırıla bilər.
Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hərkəs
sərbəst hərəkət edə bilər
özünə yaşayış yeri seçə bilər
və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
Azərbaycan Respublikası vətəndaşlarınınhər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
M a d d ə 2 9 . Mülkiyyəthüququ
Hər kəsin mülkiyyət hüququ vardır.
Mülkiyyətin heçbirnövünə üstünlük verilmir. Mülkiyyəthüququ, o cümlədən xüsusi mülkiyyəthüququqanunla qorunur.
Hər kəsin mülkiyyətində daşınarvədaşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşınavə ya başqaları ilə birlikdə
əmlaka sahib olmaq
əmlakdan istifadə etmək
və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Heç kəs məhkəməninqərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.