Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti
növündə ola bilər.
Mülkiyyətdən
1)insan və vətəndaş hüquqları və azadlıqları 2)cəmiyyətin və dövlətin mənafeləri
şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. M a d d ə 1 4 . Təbii ehtiyatlar
Təbii ehtiyatlar hər hansı fiziki və ya(və) hüquqi şəxslərin hüquqlarına və mənafelərinə (azadlıqlarına)xələl gətirmədən Azərbaycan Respublikasına (dövlətinə)mənsubdur(məxsusdur)
M a d d ə 1 5 . İqtisadi inkişaf və dövlət
Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.
Azərbaycan dövləti bazar münasibətləri əsasında
sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır,
azad sahibkarlığa təminat verir,
iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
M a d d ə 1 6 . Sosial inkişaf və dövlət
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin(METİS) inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
M a d d ə 1 7 . Ailə, uşaqlar və dövlət
Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.
Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.(təminat verir)
M a d d ə 1 8 . Din və dövlət
Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.
Dostları ilə paylaş: |