Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə3/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   2   3   4   5   6   7   8   9   ...   190
qanunvericilik.bb .ba

Sərbəst müstəqil(SM) öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

  • Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.



    M a d d ə 3 . Ümumxalq səsverməsi - referendum yolu ilə həll edilən məsələlər





    1. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.

    2. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:

    1. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi(əlavə yox)

    2. Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.

    1. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:

    1. vergilər və dövlət büdcəsi;

    2. amnistiya və əfv etmə;

    3. seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

    M a d d ə 4 . Xalqı təmsil etmək hüququ


    Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq xalqın adından müraciət etmək hüququ yoxdur.(Prezident, deputat,bələdiyyə üzvləri )


    M a d d ə 5 . Xalqın vahidliyi





    1. Azərbaycan xalqı vahiddir.

    2. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi bölünməz vətənidir.

    Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   190




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin