Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə15/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   11   12   13   14   15   16   17   18   ...   190
qanunvericilik.bb .ba

Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

  • Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

    M a d d ə 5 1 . Yaradıcılıq azadlığı





    1. Hər kəsin yaradıcılıq azadlığı vardır.

    2. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir.

    M a d d ə 5 2 . Vətəndaşlıq hüququ





    Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

    M a d d ə 5 3 . Vətəndaşlıq hüququnun təminatı





    1. Azərbaycan Respublikasının vətəndaşı( heç bir halda )Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz.

    2. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.


    3. Yüklə 7,45 Mb.

      Dostları ilə paylaş:
  • 1   ...   11   12   13   14   15   16   17   18   ...   190




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin