Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə25/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   21   22   23   24   25   26   27   28   ...   190
qanunvericilik.bb .ba

ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının

tələbi əsasında Azərbaycan Respublikası Milli Məclisinin sədri(spikeri) çağırır.

  1. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.

  2. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir.

    • Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə

    • ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə

Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.


M a d d ə 8 9 . Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi





  1. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda

mandatından məhrum edilir:


  1. seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;




  1. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

  2. cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

  3. dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

  4. özü imtina etdikdə;

  5. bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda(səsvermə hüququnu şəxsən həyata keçirmədikdə)

  6. deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud

surətdə pozduqda.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.(ama qəbul edilən qərardı)

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputatları

    • öz səlahiyyətlərini daimi icra edə bilmədikdə

    • qanunda nəzərdə tutulmuş digər hallarda

onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir. .(ama qəbul edilən qərardı)

Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin