Pənah Hüseynov qanunvericilik(BB,BA)


M a d d ə 8 3 . Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin əsasları



Yüklə 7,45 Mb.
səhifə23/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   19   20   21   22   23   24   25   26   ...   190
qanunvericilik.bb .ba

M a d d ə 8 3 . Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin əsasları


Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.


M a d d ə 8 4 . Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti





  1. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti

  1. ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının(MSK) müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

  1. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

  2. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

  3. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.



M a d d ə 8 5 . Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər


I. Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik(1) olan hər bir vətəndaşı(2) qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.(ali təhsil)


II.

    1. İkili vətəndaşlığı olan,

    2. başqa dövlətlər qarşısında öhdəliyi olan,

    3. icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən,

    4. elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər,

    5. din xadimləri,

    6. fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən,

    7. ağır cinayətlərə görə məhkum olunmuş şəxslər,

    8. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər(məhbuslar) Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.




Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin