Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.
Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
M a d d ə 7 6 . Vətəni müdafiə
Vətəni müdafiə hər bir vətəndaşın borcudur.
Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
M a d d ə 7 7 . Tarix və mədəniyyət abidələrinin qorunması
Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. M a d d ə 7 8 . Ətraf mühitin qorunması
Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
M a d d ə 7 9 . Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi
Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz.
M a d d ə 8 0 . Məsuliyyət
Konstitusiyanın və qanunların pozulması,
o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui- istifadə
və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
ÜÇÜNCÜ BÖLMƏ.
DÖVLƏT HAKİMİYYƏTİ
V f ə s i l
QANUNVERİCİLİK HAKİMİYYƏTİ
M a d d ə 8 1 . Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
M a d d ə 8 2 . Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi
Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.
Dostları ilə paylaş: |