Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə21/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   17   18   19   20   21   22   23   24   ...   190
qanunvericilik.bb .ba

Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

I V f ə s i l


VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ


M a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası





  1. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.
  2. Hər bir şəxs


    • Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli,

    • başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli,

    • qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
  3. Qanunu bilməmək məsuliyyətdən azad etmir.


M a d d ə 7 3 . Vergilər və başqa dövlət ödənişləri



  1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə vaxtında ödəmək hər bir kəsin borcudur.

  2. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

M a d d ə 7 4 . Vətənə sədaqət




  1. Vətənə sədaqət müqəddəsdir.


  2. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.

  3. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə(1), o cümlədən dövlətə qarşı qiyamda(2) və ya dövlət çevrilişində ittiham(3) edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.

M a d d ə 7 5 . Dövlət rəmzlərinə hörmət






  1. Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin