Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə66/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   62   63   64   65   66   67   68   69   ...   190
qanunvericilik.bb .ba

hərbi qulluqçulara


  • Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə




      1. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun

    • Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna,

    • dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə müsahibə yolu ilə həyata keçirilməsinə,

    • dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları,

    • həmçinin bu Qanunun 15-1-ci maddəsi(Dövlət qulluqçusunun şəxsi işi)

    • nəzərə alınmaqla,

    Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir.


    Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir.

      1. Bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.



    M a d d ə 3. Dövlət qulluğunun əsas vəzifələri

      1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:

        1. Azərbaycan Respublikasının Konstitusiyası digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;

        2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası onların icrasına nəzarət edilməsi;

        3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən qulluq funksiyalarının icrasının təmin edilməsi.



    M a d d ə 4. Dövlət qulluğunun prinsipləri

      1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
        1. qanunçuluq;


        2. Azərbaycan Respublikasında qanunvericilik, icra məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi;

        3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;

        4. yuxarı kateqoriya dövlət orqanlarının vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı kateqoriya dövlət orqanları vəzifəli şəxslər tərəfindən yerinə yetirilməsinin məcburiliyi;

        5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni

    tələblərini icra etməyəqanuni hərəkətlərini müdafiə etməyə borclu olması;
        1. dövlət qulluğuna qəbulun şəffaflığı;


        2. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi;

        3. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinəpeşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;

        4. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq mövqeyindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya ictimai birliklərə mənsubiyyətindən, habelə dövlət qulluqçusunun xidməti fəaliyyətinə aid olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;

        5. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası;

        6. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün layiqli həyat səviyyəsinin təmin edilməsi;

        7. dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş zərərə görə dövlət orqanlarının məsuliyyət daşıması.




      1. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır.
      2. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən


    • Azərbaycan Respublikası Konstitusiyasını,

    • qanunlarını

    • və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar

    M a d d ə 5. Dövlət qulluğunu idarəetmə orqanları



      1. Azərbaycan Respublikasında

        • bu Qanunun tətbiqinə nəzarəti,

        • dövlət qulluğunun normativ-metodiki təminatını

    Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir (bundan sonra - Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

      1. Şura dövlət orqanı deyil onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər. Şuranın fəaliyyətinin təşkilini müvafiq icra hakimiyyəti

    orqanının (AR Prezidentinin) müəyyən etdiyi orqan (qurum) AR Prezidenti
    tərəfindən yaradılan Katiblik həyata keçirir.

      1. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.

      2. Şuranın qəbul etdiyi qərarlar icra edilməsi üçün 3 (üç) iş günü müddətində müvafiq dövlət orqanlarına göndərilir. Dövlət orqanlarının rəhbərləri tərəfindən həmin qərarın icra vəziyyəti barədə hesabat 30 (otuz) gün müddətində Şuraya təqdim edilir.



    M a d d ə 6. Dövlət qulluğu haqqında qanunvericilik
    Dövlət qulluğu haqqında qanunvericilik

    • Azərbaycan Respublikasının Konstitusiyasından,

    • bu Qanundan,

    • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən,

    • Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edəndövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.

    I I f ə s i l


    DÖVLƏT ORQANLARI




    Maddə 7. Dövlət orqanlarının struktur qurumlarında struktur bölmələrinin növləri və yaradılması qaydası

      1. Dövlət orqanlarının struktur qurumlarında işçilərin müəyyən edilmiş say həddi daxilində şöbə, onun tərkibində və ya müstəqil olmaqla sektor yaradıla bilər.

      2. Dövlət orqanlarının struktur qurumlarında struktur bölmənin rəhbəri də daxil olmaqla, şöbə yaradılması üçün minimum 8 ştat vahidi (dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrdə 3 ştat vahidi), sektor yaradılması üçün minimum 3 ştat vahidi müəyyən edilir.

      3. Dövlət orqanlarının struktur qurumlarında struktur bölmələrin onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici yardımçı struktur bölmələr kimi təsnifləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının (AR Prezidentinin) müəyyən etdiyi orqan (qurum)-AR Prezidenti tərəfindən təsdiq edilmiş siyahı əsasında həyata keçirilir.

      4. Ali kateqoriya dövlət orqanlarında bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulanlardan başqa struktur bölmələr yaradıla bilər.



    M a d d ə 8. Dövlət orqanlarının təsnifatı(cədvəldən öyrənirik)

      1. Dövlət orqanları onların statusu, iyerarxiyası yurisdiksiyası (ölkə, regional yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır:

        1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları(Ali kateqoriya dövlət orqanları)
    • Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,


    • Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar (Prezidentin işlər idarəsi , Prezidentin xüsusi tibb xidməti Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti )

    • icra səlahiyyətlərini həyata keçirən orqan(Azərbaycan Respublikasının Nazirlər Kabineti)
    • Azərbaycan Respublikasının Milli Məclisi,


    • Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən

    Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi,


    • ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi




        1. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları (1-ci kateqoriya dövlət orqanları)
  • 1   ...   62   63   64   65   66   67   68   69   ...   190




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin