Sortlaşdıran-bölüşdürən anbarlar əsasən istehlak rayonlarında yerləşir. Bu anbarlar müxtəlif malverənlərdən iri partiyalarla malları qəbul edir, ayrı-ayrı ticarət təşkilat və müəssisələrin sifarişlərinə uyğun olaraq növlərə ayırıb kiçik partiyalarla pərakəndə ticarətə göndərir.
Sortlaşdırıcı anbarlar müəyyən dərəcədə geniş yayılan anbar növü hesab edilir. Demək olar ki ,bütün ticarət təşkilatlarının tabeliyində belə anbarlar fəaliyyət göstərir, onlarda əsasən mal ehtiyatları qısa müddət saxlanır, burada əsasən diqqət malların sortlaşdırılmasına, qablaşdırmadan azad edilməsinə,yenidən qablaşdırılmasına,kəmiyyət və keyfiyyətinə verilir.Belə anbarlarda mal saxlama funksiyası köməkçi xarakter daşıyır.