Piyəruna sıxani


Dəli inəyin dəli balası olar



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə130/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   126   127   128   129   130   131   132   133   ...   136
Azsayli xalqlarin folkloru II kitab

Dəli inəyin dəli balası olar 
Bir dəfə Yusifdən soruşurlar: 
– Ay Yusif, anan necə qadın idi? 
–  Dəli  inəyin  dəli  balası  olar,  –  deyə  ürəkdən  gülməyə 
başlayır (S: 28; T: 2). 
 
Toy və digər adətlər 
Toylar qədimdə 3, bəzən də 7 gün çəkərdi. Toya qədər bir 
çox mərhələlər olardı. Əvvəlcə qız evinə qadınlar “eşitdirmə”yə 
gedər,  sonrakı  gəliş  üçün  razılıq  alardılar.  Bundan  sonra  oğlan 
tərəfindən  ağsaqqallar  “dualama”ya  gedərdilər.  Onlar  özləri  ilə 
üzük, qırmızı yaylıq və bir də qoç aparardılar. Qız və oğlan evi-
nin ağsaqqalları “söz kəsdi” edərdilər. Daha sonra oğlan evində 
ən  yaxın  qohumların  iştirakı  ilə  nişan  olardı,  bu  məclisə  qız 
evindən də adamlar dəvət olunardı.  
Qız toyuna yaxın onlara bazarlıq (qızıl əşyalar, geyim və 
şirniyyat) və toy  xərci aparılardı. Xınayaxdı olardı,hətta həmin 
xınadan oğlan evinə aparılar, oğlanın əlinə də yaxılardı. 
Cehiz  oğlan  evinə  aparılmazdan  əvvəl  ağsaqqalların  işti-
rakı ilə siyahıya alınardı. Gəlinin anasına süd pulu verilərdi. 
Gəlin gündüz saat 11-12 radələrində at, yaxud da araba ilə 
gətirilərdi. İki-üç saatlıq  yeməkdən sonra çalıb-oynamaq  başla-
nırdı. Axşam bəy tərif edilər və bununla da toy başa çatardı. Üç, 
yaxud  yeddi  günlük  toylarda  adətən,  günlər  yüngül  yemək  və 
çalıb-oynamaq məclisləri ilə başa verilərdi. 
Ailədə  doğulan  körpəyə  adqoyma  mərasimi  keçirilər,  bu 
münasibətlə  halva  bişirilərdi.  Uşağın  birinci  dişi  çıxanda  isə 
hədik bişirilərdi
1
.  
 
                                                
1
 Bu məlumatı Mollaisaqlı kənd sakini Şakir Abdullayev təqdim etmişdir. 


 
 
188 
BAYRAMLAR 
 
Əksər bayramlar Azərbaycanın digər bölgələrində olduğu 
kimi keçirilər, yalnız Ramazanda müəyyən fərqlər aşkar bilinər-
di. Kənddəki kişilər səhər tezdən keçən Ramazandan bu Rama-
zanadək  vəfat  etmiş  şəxslərin  ailələrini  yoluxar,  onlara  başsağ-
lığı  verər  və  bundan  sonra  isə  bir-birinin  evlərinə  gedər,  bay-
ramlaşardılar
1
. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin