Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə129/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   125   126   127   128   129   130   131   132   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
 


 
 
186 
Hafiz PaĢanın əhvalatı 
Mollaisaqlı kəndində yaşamış Hafiz Paşa saz və söz usta-
dı imiş. Bir dəfə ərəblər dəvə karvanı ilə Şamaxıya gələndə bir 
nəfər Paşa kişini axtarıb tapa bilmir, odur ki, ona bir məktub ya-
zıb göndərir: 
İki öküz itirmişəm, 
Nə gecə axtar, nə gündüz. 
Amma axtar, tap göndər. 
Hafiz Paşa ona belə bir cavab yazıb göndərir: 
Öküzləri tapmışam, 
Nə gündüz gəl, nə gecə 
Amma gəl apar (S: 1; T: 2 ).  
 
DƏLĠ YUSĠFĠN LƏTĠFƏLƏRĠ 
Dəli  Yusiflə  bağlı  lətifələr  təkcə  İsmayıllının  Mollaisaqlı 
kəndində deyil, həm də Hacıhətəmli, Kürd Eldarbəyli, Gideyli və 
Göyçay rayonunun Bığır, Qarabaqqal kəndlərində indi də yaddaş-
larda yaşayır. Belə lətifələrdən bir neçəsini burada təqdim edirik. 
 
Xaraba qalmazdı ki?! 
Bir  dəfə  kəndin  hörmətli  ağsaqqalı  Lətif  əfəndi  deyir  ki, 
ay Yusif, gedin oğlum Cərulla ilə sahədən qızılgül kolu gətirin, 
həyətə əkin. 
Yusif bərkdən şaqqanaq çəkib deyir: 
– Ay Əfəndi, neçə il oxumuş alim, beş kəndin qazisisən... 
Yenə  də  bir  şey  bilmirsən.  Mən  qızılgül  əkən  olsaydım,  dədə-
min həyəti xaraba qalmazdı ki ?! 
 
Ürəyim yanmır 
Qonşu Kürd Eldarbəyli kəndindən olan Zərbalı bəyi 1937-
ci  ildə  Göyçaya  aparıb  həbsxanaya  salırlar.  Sonra  o  rəhmətə 
gedir  və  cənazəsini  kəndə  gətirirlər.  Hamı  ağlayır,  o  cümlədən 
anası Sənəm qarı da. Dəli Yusif də orda imiş. O da başlayır hön-
kürməyə və nə qədər edirsə gözündən yaş çıxmır. Birdən hönkür-
tüsünü saxlayır və Sənəm qarıya deyir: 


 
 
187 
– Sənəm qarı, bilmirəm, oğlun bəydi, xandı, ya hər nədi, 
səhərdən  inək  kimi  böyürürəm,  gözümdən  yaş  çıxmır,  çünki 
ürəyim yanmır. 
 
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin