Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə25/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   21   22   23   24   25   26   27   28   ...   136
Azsayli xalqlarin folkloru II kitab

Südünü özün içərsən 
Balakərim  adlı  bir  nəfərdən  eşşək  alır.  Yiyəsi  eşşəyini  о 
qədər tərifləyir ki, Qulu az qalır çalib oynasın. 
Qulu  ertəsi  gün  dəyirmana  buğda  aparır.  Qayıdanda  arx-
dan keçməli olur. Arxın ortasında eşşək birdən suya oturur. Qu-
lu nə qədər əlləşirsə, uzunqulağı sudan çıxara bilmir. Un xəmirə 
dönür.  Cin  atına  minən  Qulu  eşşəyi  qabağına  qatıb  döyə-döyə 
Balakərimgilə gəlir. 
– Ay kişi, mənə camiş lazım deyil. Haramla da aram yox-
dur. Gətirdim ki, sagıb südünü özün içərsən. 
 
Vay halına, Hitler 
Qulunu  ordu siralarına çağırırlar. Hərbi paltarını  qoltuğu-
na vurub evə gəlir. Geyinib güzgünn qabağına keçir. Bir özünə 
baxir, bir əynindəki paltara, deyir: 
– Dədən ölsün, Hitler, gör üstünə kim gəlir. 
 
Əsa 
Qulu Şeydanm tez-tez üzlü və hədsiz dərəcədə pinti qona-
ğı olurmuş?. 
Qonağın  da  bir  şakəri  vardı.  Hər  dəfə  yuxarı  kəndlərdən 
enib Lahıcda qalanda əvvəlcə Qulunun qapısını dğyüb əlindəki 
əsanı  Qulugildə  qoyar,  alverini  qurtarandan  onar  özünü  verər-
miş Qulugilə ki, bəs  əsanın dalınca qalmışam. Dəvət gözləmə-
dən evə qalxanda Qulu da qalırmış içi qırıla-qırıla. Yağışlı gün-
lərin birində  Qulunun qapısı döyülür. Qulu çıxıb  görür ki, zəh-


 
 
34 
ləsi getmiş kəsdirib qapını. Qonaq deyir: 
– Qoy əsam qalsın sizdə, qayıdanda götürərəm . 
Qulu özünü saxlaya bilmir: 
– Bilirsən, qardaş, yagış yağır, kuçələr də sürüşkəndir, yı-
xılıb  eləyərsən,  əsan  qalar  yiyəsiz.  Allah  xatirinə,  agacını  da 
özünlə götür. 
Qonaq о gedən, bu gedən, bir də Qulunun həyətinə yaxın 
duşmür ... 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin