Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə23/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   19   20   21   22   23   24   25   26   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
Tərcüməsi: 
Bir  gün  Qulu  Əhəndən  gəlirmiş.  Yolu  Kəfələdən  keçir-
miş. Baxır ki, Quləli adında kişi və iki nəfər də onunla birlikdə 
maşına daş  yukləyirlər.  Qulu da soruşur ki, nə  xəbərdir?  Onlar 
da cavab verirlər ki, bəs İzzətulla kişi ölüb, onun qəbri üçün daş 
aparırıq.  Qulu  da  tez  yaxınlaşır,  onlara  kömək  edir.  Bundan 
sonra Qulu kəndə gəlir,  yolda görür ki, İzzətulla kişi oturub öz 
qapılarında. Başa düşür ki, buna daşla bağlı yalan deyiblər. Tez 
İzzətulla kişiyə deyir ki, Ə, İzzətulla dur get qəbiristanlığa, qəb-
rin üçün daş gətirirlər, onu təhvil al. (S: 37; T: 2). 
 
*  *  * 
Orta məktəb direktoru çağırır ona der ki, ay Qulu dayı sə-
nin  uşaxların  dərsini  oxumur.  Der,  oxuyur.  Der,  oxumur!  Qa-
yıdır  məktəb  direktoruna  der  ki,  oğlannarımı  çox  danniram  ki, 
niyə dərsə  fikir  vermirsən?  Onlar da  der ki, ay ata,  çox oxuyu-
rux, ancaq bir pismillah sözü olmadığı üçün yadda qalmır. Oxu-
duqlarının bərəkəti yoxdu
1

 
*  *  * 
Quli şəleynən gedib gələrdi kətdərə – Əhənə. Şey-şüy gə-
tirərdi.  Bir  dəfə  mən  ona  dedim  ki,  ay  Quli  dayı,  elə  camatın 
arasınan gedib-gəlsənə. Der, ayə şələ belimdə, hərəsi də beş də-
qiqə saxliyacax, mən ona davam gətirə bilərəm? Elə sizün əlüz-
dən qaçıram mən. Qoy elə sizdən uzax gəzim. 
 
*  *  * 
Yaxşı hazırcavab kişi olub. Onun atası da elə olub. Çarux 
tikən  olub.  Çarığı  tikillər,  sora  aparıllar  Bakıya  satmağa.  Kar-
vansarada lotilər düşüllər bınnarın üssünə. Ötürüllər, ay əmi, bı 
bının tayı  dör. Demə, tay-tay  lotilər  ötürüllər bir-birinə. Axırda 
                                                
1
 Adları qeyd olunmayan lətifə mətnləri bir qədər fərqli variantda “Qulu Şey-
danın  lətifələri  (Toplayıb  tərtib  edəni  Ə.Kərimli)”  kitabında  nəşr  olunmuş-
dur. Bax: (Ə: 8) 


 
 
32 
kişi baxıb görür çarıxlardan bir xeylisi (100-150) yoxdı. Qayıdır 
oğlına, Quliyə der, a bala, qırx ildi çarıx tikirih, ançax cütdəmə-
yin bilməmişih, heç olmasa bırda gəlib öyrəndih. Hazırcavablıx 
nəsilliynən olub olarda. 
 
*  *  * 
Pambığa aparıllar işdətməyə. Müharibə dövrüdü. Der ki, ə 
kişi gedəh pambığ yığmağa. Der, o pambığı əkəndə mənə məs-
ləhət eləmişdin, adamua görə əkəydin də. Bəlkə heç Quli Şeyda 
yox idi dünyada. 
 
*  *  * 
Qulini  aparıllar  zavoda.  Hə,  dellər  ki,  bı  dəmiri  götür,  o 
dəmiri qoy, o dəmiri götür, bı dəmiri qoy. Der, nə? Ə, mən pəh-
livan  dörəm  ki?!  Pəhlivan  olsam,  elə  kətdə  pəhlivannıx  eliyər-
dim də! İşdəmir. 
 
*  *  * 
Quli Şeyda çox hazırcavab adam idi. O söz üçün mətəl qalan 
adam dördü. Onun  lətifələri  hələ  yüz  ildən sora da deyiləcəh. Bı 
dəfə  bıra  işiğ  çəkiləndə  Quli  dayıya  dellər  ki,  bütün  qapılar  işiğ 
çəhdirir, sən niyə çəhmirsən? Der, a bala, 124 min Peyğəmbəri elə 
bı lampa öldirmiyib?! Qoy elə  məni də öldürsün (yəni indiyədək 
bütün aləm bu lampadan istifadə edib ömrünü başa vurub
1
). Der, 
ay Quli dayı, olmaz, gərəh evdə işığ olsın. Der, o nə tər lampadı ki, 
özü  bırdadı,  xodı  Mingəçevirdə?  Bəlkə  gecə  yarısı  söndü,  mən 
havaxt ora çatım, oni yandırım, evdə işığ olsın (S: 30; T: 1)  
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin