Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə19/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   15   16   17   18   19   20   21   22   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
*  *  * 
 Bir ovçu olur. Çıxır ova. Görür ki, bir hündür yerə bir cey-
ran  gəlir.  Götirir  ki,  ceyranı  vursun,  vurammeyir.  Ceyran  qaçır. 
Axşam olur, ovçu çıxır gedir. Bı gecə evində der ki, sabah gedim 
görüm  o  ceyran  hara  getdi.  Gəlir  görür  ki,  həmən  ceyran  o 
hündür  yerdən  gedir,  əmcəhlərindən  də  süd  axır.  Ceyran  qaçır. 
Gəlir yaxın, görür ki, bırda bir illik uşağ var. Demə, gəlir, Allah 
tərəfi bı uşağı əmizdirir (uşağın əynində də qırmızı paltar). Uşağı 
götürüb aparır. Bilməmiş ki, bı uşağ, qız, padşahın qızı olub. Bı 
uşaq  yeriyəndə  sumırğ  quşu  var,  mını  alır  caynağına,  aparır  o 
dağın başına. Uşağı aparır ki yesin, salır caynağınnan. Orda bil-
məmiş  ki,  bir  at  ölüb.  Gönü  qalıb  qabırğalarının  içində.  (Qurd-
quş atın ətini yemişdi). Qız düşür həmin gönün içinə, ölmür. Sora 
da ceyrana ras gəlir. O qız anadan olanda bir naxırçı olub. Deib 
ki padşaha, sənin qızu oğluma alacağam. Padşah da deb ki, qızı-
mı sənə vermərəm. Bilməmiş ki, Allah mına qismət edib. Naxır-
çının  oğlu  yuxu  görüb.  Deb,  həmən  ovçunun  qızını  alacağam. 
Yuxuda  mənə  bada (buta)  veriblər.  Durub,  gedib  ovçunun  yanı-
na. Verib qızı oğlana. Həmən ovçunun dostu olub padşah. Pad-
şahı  dəvət  eliyib  öz  qızının  toyuna  ki,  gəl.  Padşah  durub  gedib 


 
 
28 
toya.  Padşah  deyib  ki,  bəs  sənin  uşağın  yox  idi.  Bunu  hardan 
almısan? Deb ki, bəs filan dağın başında bunu tapmışam. Padşah 
soruşur  ki,  bəs  nə  vaxt  tapmısan?  Filan  gündə,  filan  vaxtda. 
Padşah barmağın dişdəyib ki, bəs mənim qızımdı, yeriyəndə quş 
tutub, aparıb. İndi də naxırçının oğluna qismət oldu (Naxırçı deb 
ki,  Allah  yazı  yazıbsa,  sən  neylərsən?  Demişdi  ki,  mən  yazını 
pozaram). Yazıya pozu yoxdu (S: 21; T: 1).  
   
 
 
 
 
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin