Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə15/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   11   12   13   14   15   16   17   18   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
*  *  * 
Bir dəfə Musa peyğəmbər Turi  Sinada  mələklərin söhbə-
tindən  eşitdi  ki,  Xızırın  hörməti  onunkundan  çoxdur.  O,  bunu 
bir  neçə  dəfə  eşidir.  Deyir  ki,  gedib  onunla  görüşəcəm.  Deyir, 
bunu  hardan  tapa  bilərəm?  Onun  bir  köməkçisi  də  vardı,  adı 
Youşən idi. Deyir, onu ancaq dənizdə tapa bilərəm. Onlar qəra-
ra  gəlirlər  ki,  Xızırı  elə  burda  tapa  bilərik.  Bir  az  gözləyirlər, 
görürlər ki, Xızır dənizdən çıxdı. Musa tez ona yaxınlaşır və de-
yir ki, mələklərdən eşitdim ki, sənin hörmətin mənimkindən ar-
tıqdır. Xızır deyir ki, bəli, elədir. Musa soruşur ki, sən nə etmi-
sən  ki,  sən  məndən  hörmətli  olmusan?  Gəl  məni  özünə  yoldaş 
götür mən də səni yaxşı tanıyım. Xızır deyir ki, yox mən bunu 
edə  bilmərəm,  sən  mənimlə  yoldaşlıq  edə  bilməzsən.  Deyir  ki, 
səni  yanıma  bir  şərtlə  götürərəm  ki,  yolboyu  mənə  sual  vermi-
yəsən. Yola düşürlər. Gəlirlər, görürlər ki, dənizin kənarında 2-
3  gəmi  dayanıb.  Xızır  gəmilərdən  birinin  taxtalarını  çıxarmağa 
başlayır. Musa özünü saxlaya bilmir, soruşur ki, salamat gəmi-
nin taxtalarını niyə çıxarır? Xızır deyir ki, axı sən söz verdin ki, 
sual verməyəcəksən, ona görə yoldaşlığa razı oldum. Amma bu 
dəfə keçirəm, bir də mənə sual vermə. Gəlib görürlər ki, bir ne-
çə uşaq yığışıb bir yerə. Xızır onlardan birinin başını kəsib, bas-
dırır. Musa yenə özünü saxlaya bilməyib soruşur ki, bu qəşəng-


 
 
22 
likdə  uşağı  niyə  öldürdün,  onun  günahı  neydi?  Xızır  deyir  ki, 
sən yenə sözüvün üstündə durmadın. Musa yenə yalvarır ki, bir 
də olmaz. Gəlib çıxırlar bir səhraya. Görürlər ki, burada bir xa-
rabalıq  var.  Xızır  deyir  Musaya  ki,  daş  gətirsin  və  başlayır  hə-
min xarabalığı təzədən tikməyə. Musa yenə səbəbini soruşanda 
Xızır deyir ki, sən çox hövsələsiz adamsan və hər dəfə də sözü-
və əməl etmədin. Musa deyir, yaxşı, amma sən o gördüklərimin 
səbəbini mənə de, daha heç nə soruşmayacağam. Xızır deyir ki, 
o gəmi ki taxtasını çıxartdım, o, kasıb bir qardaşın idi, quldurlar 
da onu oğurlamaq istiyirdilər. Taxtasını çıxartdım ki, quldurlar 
onun görkəmini görüb, ona dəyməsinlər. O uşağı ki, öldürdüm, 
o  pis  uşaqlara  qoşulmuşdu,  pis  işlər  görürdü,  oğurluq  edirdi. 
Allahdan mənə xəbər gəldi ki, gələcəkdə, o, ata-anasını da öldü-
rəcək.  Odur  ki,  onu  öldürdüm.  Allah  onun  ata-anasına  daha 
yaxşı övlad verəcək. Qaldı ki, o divar məsələsi. O yer bir yetim 
oğlanın  idi. O bir gün  böyüyüb, gəlib  ona sahib  olacaq. Orada 
atasından  bir  xəzinə  var,  onun  yerini  oğlu  rahat  tapsın  deyə,  o 
divarı tikdik. Bu əhvalat haqqında Quranda da yazılıb.  

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin