Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə11/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   7   8   9   10   11   12   13   14   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
 
ĠNANC VƏ SINAMALAR 
 
Bir evə qonaq gələndə o qonağın balıncının altında bir qəy-
çi qoyardılar. O qonağ nə yuxu görsəydi sabah durub söyliyəcəh. 
O, həqiqi yuxu olacağdı. Dayı onun yalan-palanı olmazdı. 
Məsələn,  deyərdilər  ki,  axşamüstü  xoruz  bannadı,  onu 
mütləq kəsməlisən. Ona görə ki, o kasıblıq gətirir. Ya da bir ha-
disə ola bilər. 
Lahıcda derdilər ki, bir dəsmalnan iki adam (hərəsi bir ba-
şınnan tutub) əl-üz silməz. Ona görə ki, dava ola bilərdi. 
Novruz bayramının günnəri – dörd günü bütün ilin (fəsil-
lərin) necə keçəcəyini göstərir. 
Qoca arvaddar derdilər ki, (anamdan eşitmişəm) tək evdə 
yatanda  balıncının  altına  dəmirdən,  açardan,  qəyçidən-zaddan 
qoy,  o  səni  möhkəm  saxliyar,  qorxmarsan  (dirəh,  inam  verər). 
Bunnarın hamısı sübuta keçib. 
Qohumnan  evlənəndə  adamın  uşağı  olmur,  olanda  da  şi-
kəst olur.  Biz bunu qabağlar eşıtmişdih,  inanmırdıq.  Ancax so-
ralar gördüm ki, düzdü (S: 30; T: 1 ).  
Əgər  kişi  göz  və  kirpiklərini  sürmələyirsə,  o  öz  atının 
ölümünü istəyir. 


 
 
16 
Ev sahibi qonşuya gedəndə yerə bir iynə cancırlar ki, ora-
dan tez qayıtsın. 
Ailə üzvlərindən biri səfərə gedəndə onun ardınca su atar 
və güzgü göstərərlər ki, oradan tez qayıtsın. 
Dostunun evində dırnaq tutmaq ona bədxah münasibətdir. 
Eyni  gündə  bütün  əl  və  ayaq  dırnaqlarını  tutmaq  olmaz, 
yoxsa ölülərdən kiminsə dırnaqları uzanacaq. 
Boş beşiyi yelləmə, yoxsa uşağın qarnı ağrıyar. 
Kəsilmiş saçlarını oda atma, başın ağrıyar. 
Eyni çörəkdən iki nəfərin kəsməsi və eyni dəsmalla əlləri-
ni silməsi onların arasında nifrətin olmasına işarətdir. 
Təndirdə  birinci  bişirilmiş  çörəyi  kişi  yox,  qadın  yeməli-
dir, yoxsa arvadı ölər. 
Gözə  gəlmiş  uşağın  başına  bir  çimdik  duz  hərləyirlər  və 
sonra odda yandırırlar. 
Çörəyi bir əlli kəsmə, allah sənə iki əl verib. 
İki  qadının  arasından  keçmə,  yoxsa  xoşagəlməz  hadisə 
olar, şərə düşərsən. 
Kim sol əlin köməyi olmadan dirsəyini öpərsə, quşa çevrilər. 
Toyuq həyətdə  silkinərsə  yağış  yağacaq, evdə olsa ev sa-
hibi varlanacaq. 
Kim harasa diqqətlə baxırsa, qonaq gələcək. 
Evin  astanasında  xoruz banlayarsa, ailənin qürbətdə olan 
üzvü qayıdacaq. 
Əgər  gecə  bıçaq  itiləsən,  ertəsi  gün  onunla  kimisə  öldü-
rüb, bədbəxt olacaqsan. 
Torpağa  payanı  hirslə  vurma,  ayaqlarında  qabar  əmələ 
gələr. 
Şam namazından sonra hər  kimə borca çörək verərsənsə, 
sahibinin atı ölər. 
Koramalı  və  pişiyi  öldürməzlər,  bədbəxtlik  olar,  sahibin 
oğlu ölər. 
Əgər bağban sənə əkməyə ağac veribsə, ona pendir və çö-
rək ver, yoxsa ağac bitməz. 


 
 
17 
Gecə güzgüyə çox baxma, yoxsa axmaq bir iş görərsən və 
gecə pis yatarsan. 
Müsəlman  aylarından  olan  Rəcəb  ayının  axırıncı  cümə 
axşamı ev əşyalarından, hətta od belə verməyin, çünki evin bə-
rəkəti gedər. 
Əgər su ilə dolu qazanı əyib ondan su içsən, dəli olacaqsan. 
Gecə saqqız çeynəmək ölünün ətini çeynəməyə bənzəyir. 
Evdən xəmir mayasını vermək olmaz, evin bərəkəti gedər. 
Evindən  kiməsə  ayran  verən  qadın  həmin  qaba  əvvəlcə 
duz tökür ki, onun bərəkəti artsın. 
Gündüz nağıl danışsan, şeytan şalvarını aparar. 
Oda su tökmə, oğlun ölər. 
Hündür  yerdən  yıxılıb  əzilən  uşağın  sağalması  üçün  hə-
min yerə mıx vurur, sonra şam, yaxud məşəl yandırırlar. 
Sahibin paltarını yamasan, o, vaxtından əvvəl öləcək. 
Gecə ev süpürməzlər, yoxsa evin kasıblayar. 
Dərzi paltar tikərkən iynənin sapı tez-tez düyünə düşürsə, 
onun sahibi çox yaşayacaq. 
Gəlini  bəy  evinə  apararkən  şam  sönsə,  yaxşı  əlamət  deyil, 
amma onu kimsə qəsdən söndürsə, elə özünün başına qəza gələcək. 
Əvvəllər səfərə çıxan lahıc mütləq mollanın yanına gedib 
istixarə etdirərdi, nə vaxt səfərə başlayacağını bununla müəyyən 
edərdi (Ə:14).  
İnsan cildinə keçən ilanlara kimsənə deyilir. Kimsənələr Pir-
də  çox  olur.  İnsan  kimi  pirə  gəlir.  Pirə  sataşannara  əziyyət  verir. 
Pir ki var, müqəddəs şeydi. Qoca adam pirə bənzəyir (S: 18; T: 1)  
Bizzərdə belə məsəl var ki, ya istiir balaca olsun, istiir bö-
yük, isti suyu yerə atma, bizdən başqa cini-bəşər var, olara dü-
şər,  bizə  zərər  toxuyar.  Bismillahi-rəhmani-rəhim.  Çaydan  ke-
çəndə demək lazımdır. 
Biz deyərüh ki, az (ay qız) iki qapının arasında uşağı vırma, 
yoxsa səndən qabaq gözə görünmiyən o qapazı vırar onun başına. 
Məsəlçün, kənd yeridi, xəmir yoğrulur, təmiz, pak ol, sora 
o mayanı vır xəmirə, onda xəmir rahat yoğrular. 


 
 
18 
Sabah-sabah  yerdən  durdun,  üzu  təmiz  yu.  Mənası  odur 
ki,  insan  yatanda  ruh  bədəninnən  çıxır,  insan  ölü  kimi  olur. 
Üzuu yu ki, o ruh gəlsin sənə (S:15; T: 1 ). 
Lahıclılar ildırım gurlayanda uşaqlara başa salmışdılar ki, 
bu  bir  qarı  nənədir,  oturub  göydə,  bir  cəhrəsi  var,  üstündə  7 
rəngdə saplar. Elə ki, sap əyirmək istəyir, cəhrəsini fırladır, elə 
ildırımın səsi də o cəhrənin səsidir. İldırım guruldayan kimi ha-
mı deyirdi ki,  budu  qarı nənə gəldi. Çox vaxt güclü şimşək  və 
ildırımdan  sonra güclü  yağış  yağar  və  yağışdan  sonra göy qur-
şağı görünərdi. Bunu da görən kimi uşaqlara başa salardılar ki, 
“budu,  indi  də  qarı  nənə  ipləri  rəngləyib,  sərib  ki,  qurusun”. 
Şimşəyi də, qarı nənənin göydən qəzəblənərək salladığı əyri çü-
buğu olduğunu deyərdilər (S: 5; T: 2). 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin