Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə13/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   9   10   11   12   13   14   15   16   ...   136
Azsayli xalqlarin folkloru II kitab

RƏVAYƏTLƏR 
 
Bir gün qoca bir misgər öz ölümünü hiss edərək oğullarını 
çağırır  və  deyir:  “Balalarım,  hiss  edirəm  ki,  mən  tezliklə  ölə-
cəm.  Mən  bütün  həyatım  boyu  işləmişəm,  az-çox  qazancım  da 
olub. İndi də onu sizin aranızda bölmək istəyirəm”. Odur ki, ən 
böyük  oğluna  qızılla  dolu  bir  küpə  verir.  Ortancıl  oğluna  isə 
atını  verir. Kiçik oğluna da öz dükanını  verərək analarının on-
larla  birgə  yaşayacağını  deyir  və  tapşırır  ki,  onu  qorusunlar. 
Misgər bunu deyən kimi də ölür. Böyük oğul pulu götürüb La-
hıcın Ərəgit məhəlləsində  özünə ev tikir, evlənir və səhragərd-
liklə  məşğul  olmağa  başlayır.  Qoca  anası  da  onunla  yaşayır. 
Amma onun gəlini xəsis olduğuna görə ana ortancıl oğlunun ya-
nına  gedir.  Ortancıl  oğul  atı  götürdü,  Girdimançaydan  daş  gə-
tirdi,  Bədöyün  məhəlləsində  özünə  ev  tikdi  və  mis  qabları  sat-
maqla dolanmağa başladı. Ana ortancıl oğulun evində tənha ya-
şadığı  üçün  çox  darıxır  və  oğlunun  dükanına  gedir.  Görür  ki, 


 
 
20 
oğlu  gecə-gündüz  işləyir.  Oğlunun  gözəl  əşyalar  düzəldə  bil-
diyini  görən ana soruşur:  –  Sən atanın düzəltdiyi  bu köhnə  mis 
lampanın üzərində naxışlar çəkə bilərsənmi? 
– Bacararam, – deyə oğlu cavab verir və soruşur: – Amma 
hansı şəkilləri istəyirsən ki, çəkim? 
– Sən lampanın üstündə hər üç oğlumu elə canlı çəkməli-
sən ki, onların haqqında istədiyim hər şeyi bilim, – ana bildirir. 
Ortancıl  oğul  razılaşdı  və  gecə  anası  yatarkən  lampanın 
üstündə ananın dediyi rəsmləri çəkdi. Səhər o anasına deyir: 
– Bu rəsmlər və bu lampa artıq sehrli oldu. İstədiyin vaxt 
onu qumla sürtsən, oğullarının taleyini öyrənə bilərsən. 
Ana  səssizcə  lampaya  baxdı.  Görür  ki,  böyük  oğlu  varlı 
bir tacir sifətindədir, öz bağında oturub, qarşısındakı süfrədə də 
plov var. Ana rəsmi qumla sürtür və bu dəfə görür ki, düz oğlu-
nun yanında qadın paltarında bir şeytan peyda oldu, bıçaq kimi 
dişlərini  qıcadı,  plovu  tamam  yedi,  bunun  ardınca  bağ,  daha 
sonra ev gözdən itdi. 
İkinci  dəfə  ana  lampanı  çevirdikdə,  ortancıl  oğlunu  atın 
belində  mahnı  oxuya-oxuya  getdiyini,  mis  qab  satdığını  görür. 
Onun  rəsmini  qumla  sürtən  ana  atın  və  papağının  yoxa  çıxma-
sını, oğlunun isə qocalıb tək-tənha qalmasını müşahidə edir. 
Ana bunları görüb çox məyus olur, oğullarının halına acıyır 
və düşünür ki, bəlkə kiçik oğlunun taleyi üzünə güləcək. Lampa-
nı çevirir, görür ki, atadan qalma dükan indi də olduğu kimi qa-
lıb, kiçik oğul da öz işi ilə məşğuldur, qabların üstündə həkkaklıq 
edir. Ana rəsmi sürtəndə onun ətrafında uşaqların peyda olduğu-
nu  və  həmin  uşaqların  atalarından  sənətkarlığı  öyrəndiklərini 
təsvirdən görür. Təzədən sürtür, bu dəfə də heç nə dəyişmir. 
– Heç nə başa düşə bilmirəm, – ana oğluna deyir, – məni 
başa sal. 
– Sənə nəyi  başa salım,  –  deyə ortancıl oğlu  izah edir, – 
zaman sənətkarı və onun övladlarını dəyişə bilmir, onu nə yük-
səldə, nə də  alçalda  bilmir. Sənət ona sığınacaq, övlad  və sakit 
həyat bəxş edib. Digər qardaşlar isə daha çox sərvət əldə etmək 


 
 
21 
ardınca  qaçdıqlarına  görə  onların  həyatı  təlatümlü  keçəcək  və 
ömürlərini tənha başa vuracaqlar.  

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin