Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə21/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   17   18   19   20   21   22   23   24   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
LƏTĠFƏLƏR 
 
Bəhlul Danəndə  
Bi  kişi  var  idi.  Bu  kasıblığa  düşmüşdü.  Getdi  dedi:  Da-
nəndeyi Bəhlul,  uşaqlar acından ölür.  Deer,  get duz al.  Duz  da 
adəti var, töküldüyü yerdə torpağı da duz eliyir. Bir dəfə də de-
yir:  divanə  Bəhlul,  nə  alım?  Dedi:  Soğan  al.  Kişi  getdi  soğanı 
doldurdu evinə. Soğan cöcərdi, çürüdü. 
 
*  *  * 
Bir gün Harun-ər-Rəşid vəzirnən gedirdi. Getdilər bir qə-
dər, gördü ki, Danəndə üş dənə torpaq təpə yığıb oturub. Getdi 
der, təpəni düşüb,  aşdılar.  Yaxın gəldi, düz Danəndədi  (Bəhlu-
lun  yanına).  Dedi:  Bılar  nədi?  Dedi:  Sözdü.  Dedi:  Nə  söz? 
Dedi: pılın  ver,  satım sənə. Dedi:  Neçiyə? Dedi:100 tümənə (1 
tümən 6 manat eliyər) Dedi: Bax bı torpax o adamın təpəsinə ki, 
yadı  tutar,  qohumu  buraxar.  Bu  torpax  da  o  adamın  başına  ki, 
arvadına  sir  vərər.  Bu  torpax  da  o  adamın  başına  ki,  səbrsiz 
olar.  Bı  300 tümən  aldı  bınnan.  Getdi.  Günnərin  bir  günü  Şah 
vəzirə  bir  qoç vermişdi ki, saxla kampaniya  (məclis  A. Ə.)  eli-
yəcik. Qoçu, deer, gətirdi saxladı. Arvada dedi ki, bir dənə qoç 
gətirmişəm ki, arvad hey! Qoçu yiyəcih (kəsəcik). Bı qoçi kəs-
di.  Der,  arvadnan  sözdəri  qəsdən  çəpləşdi.  Durdu  der,  arvadın 
döydü. Arvad der, talağın götürüb bir baş der, şahın yanına ki, 
pəs qoçuu kəsdi, yedi! Bı səfər Şah qəzəbnak dedi: Vəziri gəti-
rin, boğazınnan asacix (qoçdan ötəri). Bı səfər der, kəndir asıldı 
bəs, gətirin vəziri  boğazınnan asacix. Gördü, vəzir, der, yaddar 


 
 
30 
var.  Hamısı  qırmızı  geyinib  (elligi).  Nə  qədər  qohum  var,  olar 
hamısı  qara  geyinüp.  Dedi  hə,  bu  da  belə.  Dedi:  Səbr  elə,  şah! 
Çağırdı vəkili. Vəzir dedi, get filan yerdən qoçu aç, gətir. Açdı 
gətirdi. Dedi: Onda dedi, (vəzir dedi ki,) mən dahi sənə vəzirlik 
eləmirəm.  Baş  götürdü  vəzir  arvadın  da  üzünnən  çıxdı,  der  şə-
hərdən (20 il çıxdı şəhərdən). Qayıtdı şəhərə. Çiynində, der, tü-
fəngi  var  idi.  Gəldi qapısına. Gördü ki, arvadı  bir cavan oğlan-
nan  yatıb. Çəkdi tüfəngi ki,  ikisin  də  vursun. Danəndənin sözü 
yadına düşdü. Dedi: Nəhlət şeytana, qoy səbr eliyim. Bı elə dur-
du pəncərənin qənşərində. Bir az gözdiyənnən sora uşax çörül-
dü ki, mama (ana A.Ə.). Mını elə bil cin vurdu. Dedi hə, mənim 
bir yaşında oğlum var idi, axı. Bı yağın odı. Qapin döydü. Gör-
dü həmən uşağı, həmən arvadı. Dedi: Allah sənə rəhmət eləsin, 
Danəndə, bı səbri sən mənə öyrətdin (S: 3; T: 1 ).  
 
*  *  * 
Bəhlul  Danəndə,  doğrudan  da,  Bəhlul  Danəndə  olub.  Bir 
gün görür ki, iki nəfər qonşu bir-birinən savaşır. Gedir görür ki, 
torpaq üssündədi. Bı qonşu deyir ki, bıra mənimdi, bı biri qonşu 
deyir ki, bıra mənimdi. Az qala bunlar bir-birini vırıb öldürsün-
nər. Yaxınnaşır, der, mən tən (ayırd) edərəm sizün davuzu. Qu-
lağın  qoyur  torpağın  üssünə.  Qalxır,  der,  torpax  mənə  dedi  ki, 
onlara  deginən  ki,  onlar  mənim  üssümdə  vuruşmasınnar.  Mən 
onlarınkı dörəm, onlar mənimkidi (S: 30; T: 1).  
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin